Bu gün Azərbaycanda Prezident seçkiləri günüdür

 

Bu gün – fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilər müasir Azərbaycan tarixində xüsusi əlamətdar hadisə hesab edilir. Növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı suverenliyimizin bərpası fonunda keçirilməsi böyük tarixi önəm kəsb edir.

Məhz 2024-cü ildə baş tutacaq növbədənkənar prezident seçkiləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütöv və suveren Azərbaycanda ilk dəfə baş tutacaq. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. Tarixi qərar ölkəmizin ictimai-siyasi tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı Zəfər platformasında baş tutacaq növbədənkənar prezident seçkilərinin böyük çoşqu və ruh yüksəkliyi şəraitində keçiriləcəyi şübhəsizdir.

Növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin sayı 7-dir. Onlar İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fuad Əliyev və Elşad Musayevdir.

Bu gün saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin səs verməsi üçün açıq olacaq.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək. Məntəqələr 19:00-da isə artıq bağlanacaq və nəticələrin hesablanmasına başlanılacaq.

Hazırda seçici siyahılarında 6 milyon 478 min 623 seçici var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər. Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb.

Seçkilər işğaldan azad edilmiş ərazilərdə daxil olmaqla bütün Azərbaycan ərazisini əhatə edəcək. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password