Seçkilərin ölkə qanunvericiliyinə uyğun keçiriləcəyinə inanırıq – TÜRKPA

 

Bizə dost olan Azərbaycanın əlamətdar günündə buradayıq. İlk dəfə olaraq seçkiləri bütöv Azərbaycan torpaqlarında müşahidə etmək bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Səsvermə günü seçki prosesini işğaldan azad olunmuş torpaqlarda müşahidə edəcəyik. TÜRKPA həmişə Azərbaycanın yanındadır və bu, daim belə olacaq.

Bu fikirləri TÜRKPA nümayəndə heyətinin rəhbəri, qurumun Beynəlxalq münasibətlər və hüquq komissiyasının sədri Osman Mesten Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşdə səsləndirib.

O qeyd edib ki, TÜRKPA həm Azərbaycan, həm də Türk dünyası ölkələri ilə sıx təmasdadır.

“Demokratik ölkə olan Azərbaycanda seçkilərin ölkə qanunvericiliyinin tələblərin uyğun şəkildə keçiriləcəyinə inanırıq. Səsvermənin səhəri gün mətbuat konfransı keçirəcəyik və nəticələri açıqlayacağıq”, – deyə o əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password