Səfirliyimizə hücum edənə hökm oxundu: məsələ bitdi?

 

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmünün çıxarılması məsələyə nöqtə qoydumu?

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, məhkəmənin gedişində həmin şəxsin nə söylədikləri barədə məlumat yoxdur:

“Hakim ona “Azərbaycan səfirliyinə nə məqsədlə hücum etmişdin” sualını veribmi, veribsə, cinayətkarın cavabı nə olub? Hücumun kimin və ya kimlərin sifarişi ilə həyata keçirildiyi bəlli olmadı. Terror hücumunun ilk günü İran mediası belə təsəvvür yaratmağa çalışdı ki, guya cinayətkar şəxsi intiqam məqsədilə səfirliyimizə hücum edib. Ancaq kamera görüntülərindən aydın oldu ki, səfirliyin qapısında keşik çəkən polis onu durdurmaq üçün heç nə etməyib, cinayətkar saatlarla səfirliyin ətrafında müşahidə aparıb. Bu da bizdə hücumun arxasında fərqli güclərin olduğu şübhəsini yaratdı. İran məhkəməsinin bu məsələyə aydınlıq gətirməyəcəyi əvvəlcədən bəlli idi.

Hökm oxundu. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinə başlaması üçün əsas varmı? Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov son müsahibəsində səfirliyimizə təhlükəsizlik təminatının verilməsi məsələsini qaldırmışdı. Yəni səfirliyi açdıqdan sonra zəmanət varmı ki, diplomatlarımız yenidən terror hücumuna məruz qalmayacaqlar? Ancaq orası da var ki, qonşu dövlətdə səfirlik olmadan təmasları davam etdirmək də çətindir. Gündəmdə müxtəlif ortaq layihələr var. Hazırda bütün diplomatik yük Təbrizdəki konsulluğun üzərindədir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password