Mehriban Əliyevanın tapşırığı ilə Cavanşir Quliyevin müalicəsinə dəstək verilir

 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

Qeyd edək ki, bəstəkar, Əməkdar mədəniyyət işçisi Cavanşir Quliyev İstabulda xəstəxanaya yerləşdirilib.

Bu barədə rejissor, xalq artisti Ramiz Həsənoğlu məlumat verib:

“Bu gün İstanbuldan xoş olmayan xəbər gəldi. Həyat yoldaşı Ülkər xanım bildirdi ki, İstanbulda işgüzar səfərdə olan bəstəkar Cavanşir Quliev bu gün səhər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”, deyə Ramiz Həsənoğlu bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password