Əliyevin mesajından sonra sürpriz gəlişmə – Anonsu verildi

 

Sülh müqaviləsinin imzalanmasına mane olan əsas problemllərdən biri də Ermənistanın Müstəqillik Aktı və onun istinad olunduğu Konstitusiyasındakı ərazi iddialarıdır.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistanın Müstəqillik Aktı və Konstitusiyanın preambulasında “Qarabağın Ermənistana birləşdirilməsi” və Türkiyə qarşı ərazi iddiaları yer alır:

“Ermənistan Baş naziri Nikol Paşinyan da mövcud Konstitusiyanın mətninin sülhə mane olduğunu bildirib. O, həmçinin yeni Konstitusiyaya ehtiyacın olduğunu vurğulayıb. Yəni Paşinyan Konstitusiyanı dəyişdirmir, sıfırlayıb yenidən yazır. Əlbəttə, Ermənistan rəhbərliyi Konstitusiyanı dəyişmək fikrində deyildi. Prezident İlham Əliyev Ermənistanı nasist ideologiyasından xilas edir. Prezident son çıxışında da Ermənistanın Konstitusiyasındakı zərərli fikirlərə diqqət çəkmişdi.

Şübhəsiz ki, Azərbaycan danışıqlarda bu zərərli Konstitusiyanın dəyişdirilməsini tələb kimi Ermənistanın qarşısına qoyub. Bu, Ermənistana sülh müqaviləsi üzrə əsas tələbdir. Bu tələb yerinə yetirilməsə, sülh müqaviləsi etibarlı olmayacaq. Nə vaxtsa hakimiyyətə gələcək komanda yenə də Konstitusiyaya əsaslanaraq sülh müqaviləsini poza, yenə Azərbaycana qarşı ərazi iddiaları irəli sürə bilər.

 

Ona görə də mümkün sülh müqaviləsi Ermənistan Konstitusiyanın dəyişdirilməsi, yəni ərazi iddialarından imtina ilə gücləndirilməlidir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, sülh müqaviləsi yalnız Ermənistanda yeni Konstitusiya qəbul edildikdən sonra imzalana bilər.

“Ermənistan Azərbaycan təklif və tələblərini qəbul edib yerinə yetirdikcə, normal dövlət ola bilər”, – politoloq əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password