Vətəndaş DYP tərəfindən yazılan cərimə və balların əsassız olduğunu iddia edir – MÜRACİƏT

  

  Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küç., ev 9 A, mən., 80.-da yaşayan  Niftalı Habil Abid oğlu tərəfindən Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova, İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Səbinə Əliyevaya və mətbuat orqanlarına DYP tərəfindən ona məxsus avtomobilə 2023-cü ildə yazılan əsassız cərimə və balların birdən birə sistemdə peyda olması, və digər qanunsuz hərəkətləri ilə bağlı müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciətdə deyilir:

Çoxhörmətli cənab Prezident İlham Əliyev! 

Sizin hüquq-mühafizə orqanlarında apardığınız  islahatlarla bağlı  qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər Azərbaycanda insan hüquq və azadlıqları üçün  göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Və çox təəssüflə bildirməliyəm ki, Mən şəxsi Hundai İ 30 markalı, 77 PU 470 nömrəli avtomobilimə yol hərəkəti qaydalarını guya pozduğuma görə son vaxtlar tez tez əsası olmayan cərimələr və cərimə balları yazılıer və müəmmalı olaraq 2 aydan sonra sitemə yüklənir və bu zaman SMS xəbərdarlıq məlumatı gəlir ki, 2 ay müddəti bitmiş cərimələr ödənilməlidir, yoxsa avtomobilin saxlanması haqqında qərar qəbul ediləcəkdir. Və artıq göründüyü kimi bu 2 ay müddəti də keçmişdir. Yəni, 2024-cü ilin yanvarın 5-dək mənim cəmi 8 cərimə balım olduğu halda, 9 yanvarda isə birdən birə 9 bal əlavə cərimə balı sistemdə peyda oldu və cəmi 17 bal etdi.

 Mən fiziki şəxsəm.  Əgər belə qanun mövcuddursa zəhmət çəkib təqdim etsinlər. Edə bilmirlərsə, yaşadığım evə rəsmi buildiriş göndərsinlər ki, ya 10 gün ərzində mənə yazılan əsassız protokol və İXM-dən şikayət verim, ya da gedim cərimələri vaxtında ödəyim. Bunun başqa yolu yoxdur ki, Bəs nə baş verir? Ona görə də DYP-nın bu oyunbazlığına görə mən fiziki şəxsin bu məsləyə görə heç bir təqsiri və məsuliyyəti ola bilməz.  

   Hesab edirəm ki, DYP sistemində belə özbaşnalıqlara son qoymağın vaxtıdır. Tərtib etdikləri saxta  sübutedici sənədlər əsasında  kefləri istəyən sürücünün avtomobilini  belə bəhanələrlə  cəzalandırmazlar. Belə bazarın aradan qaldırılması vaxtı çoxdan çatıb. 

Faktlara diqqət edək:

  1. İndi mənə məlum olub ki, 05.10.2023-cü il,tarixli İXP- 328.2 maddəsinə görə Bakı-Şamaxı-Yevlax yolunun 19-cu km-də İXP -328.2 üzrə 50 manat cərimə və 2 bal yazılmışdır.
  2. 12.10.2023-cü ildə yenə də İXP – 327.2 maddəsi üzrə cərimələnmişəm. Belə ki, guya mən Biləcəri qəsəbəsi və avtovağzal istiqamətindəki yolayerıcındakı işıqforun sarı rəngində nizamlayıcının qadağanedici işarəsinə məhəl qoymadan hərəkəti davam etdirmişəm. Ona görə 80 manat və 3 bal cərimə olunmuşam. Əslində isə mən yaşıl işıqda stop xəttini 4 m keçdikdən sonra sarı işıq yanmış və mən də  məcbur olub digər hərəkət iştirakçılarına mane olmamaq üçün çox düzgün olaraq yolu boşaltmışam. Müşahidə kameralarını bu faktı fiksə etmişlər.
  3. 23 yanvar 2024-cü ildə Bakı-Qazax yolunun 262.2 –ci km-də , saat 12-28-də İXM üzrə 327.1-ci maddə üzrə cəzalanaraq 40 manat cərimə olunmuşam. Halbuki, “Fədək” kafesindən çay içib digərləri kimi yoluma düzəlib hərəkəti davam etdirmişəm. Lakin mənə qarşı guya hərəkət nişanlarının tələbini pozduğuma görə cərimə olunuram. Hansı tələbdirsə izah olunmur. Fotoda mənim avtomobilim normal hərəkət edir.
  4. Yenə də Bakı-Qazax yolunun 29.50-ci km-də hərəkətdə olarkən sürət həddi birdən birə 90-dan 70-ə endilimişdir. Ki, mən də burada 91 km/saat sürətlə bərabərsürətli hərəkətimi olduğu kimi davam etdirmişəm. İndi mənə aydın olur ki, magistral avtoban yolun həmin hissəsində 90 km/saat sürət hissəsinin 200 metr hissəsini yol kənarında istifadəyə yenicə verilmiş bir super marketə görə qanunsuz olaraq şəxsi xahişlə 70 km/ saat-a endirilmişdir.Nəticədə, yenə də sürət həddini 21 km/saat “aşdığıma” görə İXM üzrə 327.1-ci maddə ilə cəzalanaraq əsassız olaraq 40 manat cərimə edilmişəm. Buna görə də gözlənilməz yerdə DYP tərəfindən edilən bu qanunsuz düzəlişə görə mənim kimi digər normal sürücülər də ədalətsiz formada cəzalanırlar. Hesab edirəm ki, DİN rəhbərliyi Bakı-Qazax yolunun 29.5 ci km-dəki bu qanunsuz halı tezlikılə aradan qaldırlması barədə göstəriş verəcəkdir.
  5. 28 yanvar 2024-cü ildə Xətai rayonun “*8 Noyabr “ prospektində 70 km/ saat sürətlə hərəkət etdiyim zaman “Nargilə”kafesi adlanan yerə yaxın ərazidə arxadan gələn DYP avtomobili arxadan fotoşəklimi çəkmiş və guya mənim 86 km/saat sürətlə hərəkət etməyim barəsində EQ 19166450 nömrəli protokol tərtib etmişlər. Xatırladım ki, həmin yolda sürət 60 km/saat nəzərdə turulmuşdur. Yenə də nəticədə 40 manat və 2 bal cərimə yazılmışdır.

Xatırladım ki, mən bir ictimai fəal kimi ölkədə keçiriləcək Prezident seçkilərində MSK-tərəfindən respublika üzrə müşahidəçi kimi qeydiyyata alınmışam. Və buna görə şəxsi avtomobilimlə xidməti işimi davam etdirirəm.  

  Odur ki, cənab Prezident və DİN rəhbəri cənab Vilayət Eyvazov! Sizdən çox xahiş edirəm ki,   DYP sistemində mənə qarşı baş vermiş qanunpozuntu hallarının qarşısının dərhal alınması və törədilən  korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi üçün şəxsi nəzarətiniz altında BDYPİ-də  araşdırlmasına göstəriş verəsiniz. Və məsələni şəxsi nəzarətinizdə saxlayasınız. Əvvəlcədən minnətdarlığımızı bildiririk.

vesiqe.jpg

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password