20-dən çox ölkənin QHT-ləri Cənubi Qafqazda ekoloji ədalətlə bağlı bəyanat yayıb

 

Dünyanın 22 ölkəsindən 49 Qeyri- Hökumət Təşkilatı (QHT) və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb.

Onlar Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir.

Bəyanatda deyilir ki, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır: “Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur. Yaxın zamanda COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir”.

Bəyanatda Ermənistan hökuməti və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətlər həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırılır: “Xarici QHT-lər Amuldağ mədənində işlərin dərhal dayandırılması ilə bağlı Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının müraciətinə həmrəy olduqlarını da bəyan edirlər.Son vaxtlar Azərbaycan QHT-lərinin bəyanatlarının xarici ölkələrdə, o cümlədən Ermənistandan ciddi rezonans doğurması müşahidə edilir. Xarici QHT-lər Ermənistandan ekoloji öhdəliklərini yerinə yetirməyi tələb edirlər.

“Biz, aşağıda imza edən xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları və fəalları Ermənistan Respublikasının dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin ekologiyaya vurduğu ciddi ziyanla bağlı dərin narahatlığımızı bildiririk. Ermənistanın dağ-mədən sənayesindəki hava və suyun çirklənməsi vaxtilə lokal xarakterli olsa da, artıq onun fəsadları təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün ciddi təhdidə çevrilib. Ermənistanın mədən sənayesi transsərhəd çayları çirkləndirməklə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada bir sıra ekoloji problemlərə səbəb olmaqda davam edir. BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur”, – müraciətdə vurğulanıb.

Qeyd olunub ki, yaxın zamanda BMT-in İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı – COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir: “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), iqlim dəyişmələrinə həsr olunmuş əsas beynəlxalq razılaşmanın, inkişaf etmiş ölkələr üçün məcburi emissiyaların azaldılması hədəflərini müəyyən edən UNFCCC ilə əlaqəli beynəlxalq müqavilə olan Kioto Protokolunun, eləcə də UNFCCC çərçivəsində qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 2 dərəcədən çox aşağı səviyyədə məhdudlaşdırmaq məqsədi daşıyan beynəlxalq müqavilə – Paris Sazişinin tərəfi kimi, Ermənistan qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizə aparmaq və planetin qorunmasında qaydalara riayət etmək öhdəliyini götürüb. Biz, Ermənistan hökumətini və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətləri həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırırıq”.

“Biz, həmçinin Amulsar (Qeyd: Amuldağ nəzərdə tutulur) qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işlərinin dayandırılması ilə bağlı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının bu yaxınlarda Ermənistan hökumətinə və bütün maraqlı şirkətlərə ünvanlanmış müraciətində qeyd olunan dərin narahatlığa da bölüşürük”, – bəyanatda bildirilib.

İmzalar:

1 Məryəm Daneş Vaşinqton və Li Universiteti, ekofəal ABŞ
2 Aleksandr Eames Planet 2030 təşkilatı Birləşmiş Krallıq
3 Saurab Kumar YOUNGO – BMT-in Gənc İqlim Çempionları Hindistan
4 Patsi Stillo “Partners in Health” təşkilatı ABŞ
5 Şəmsiyə Kukanbekova Stop TB Tərəfdaşlığı Tacikistan
6 Kristina Zhorayeva “AFEW” Qazaxıstan
7 Manoj Prabhu “Dure” İsveçrə
8 Erna Yasareviç “Dostluq körpüləri” Bosniya və Herseqovina
9 Met Qarnet Miçiqan Universiteti, eko-fəal ABŞ
10 Qleb Yevqeniy “MADI” Rusiya
11 Nikolay Russu “Gənc Baxış” Moldova
12 Fernando Sançes “Braziliya Tibb Bacıları” Assosasiyası Braziliya
13 Prof.Dr.Ejaz Khan İctimai Səhiyyə və Epidemiologiya üzrə Səhiyyə Xidmətləri Mərkəzi Pakistan
14 Mohmad Hüseyn Lon Beynəlxalq İnsan Hüquqları Komissiyası İsveçrə
15 Əhməd Hudu Abdullahi Afrihealth Optonet Assosasiyası Nigeriya
16 Karm Sitro “Partners in Health” təşkilatı ABŞ
17 Ermin Yasareviç “Dostluq körpüləri” Bosniya and Hersegovina
18 Naomi NguemadciIbaue Dabot “ONG” Çad İqliminin Yaşıl Akademiyası Çad
19 Kristina Yakama “Yaxşı Səhiyyə İcma Təşəbbüsü” Qrupunun rəhbəri Keniya
20 Konadu “Altar” İnam Fondunun rəhbəri Qana
21 Peter Owiti “Wote” Gənclərin İnkişafı Təşkilatının direktoru Keniya
22 Zeki Kılıçaslan İstanbul Vərəm Savaş Dərnəyi Türkiyə
23 Sergey Uçayev “Ishonch və Hayot” Özbəkistan
24 Stiven Anquva Şikoli Kenyanın Vərəm çempionları Şəbəkəsi Keniya
25 Şəmsəddin Kuzəçi Kərkük Mədəniyyəti İctimai birliyi Türkməneli-İraq
26 Ere Qabriel Erukudi ətraf mühit üzrə ekspert, ekofəal Nigeriya
27 Festus Ngisipaan “Kakuma” Sağlamlıq Təhlükəsizliyi Assosasiyası Keniya
28 Norman Kagiso Matiting “TBpeople” Botsvana
29 Ezekiel Odeoh Aqro Ətraf Mühit Fermerləri Assosasiyası (AGEFA) Keniya
30 Endalkchew Fekadu “VHS” təşkilatı Efiopiya
31 Əli Iklaqa “Təbii Eko Paytaxtı” təşkilatı Nigeriya
32 Gabriel Ekalale Asegis İcma Şəbəkəsi Keniya
33 Nişan Çavan İctimai Səhiyyə üzrə ekspert Hindistan
34 Alfred Edapal Lomeds Təşkilatı Keniya
35 Çarlz Quist “Carepol” Fondu Qana
36 Rebekka Abulon “Asegis” İcma şəbəkəsi Keniya
37 Filiz Duyar Ağca Türk Toraks Dərnəyi Türkiyə
38 Olorun Femi “Təbii Eko Paytaxtı” təşkilatı Nigeriya
39 EMERI ELIUD Beynəlxalq TUBAE Təşkilatı Keniya
40 Coz Mariya GEP Fondu Argentina
41 Lemaya Lumbasi “A4ek” QHT-si Keniya
42 Erlina Burhan Respirator Xəstəliklər üzrə İndoneziya Assosasiyası İndoneziya
43 Loçuç Yatu “TODANYATU” İcma-əsaslı Təşkilatı Keniya
44 Karani Franklin Loyifam Təşkilatı Keniya
45 Cozef Ngaukon Açuqa “Ayok” multi İnkişaf Təşkilatı (AMDO) Keniya
46 Con Akinnuba Ekologiya və İcma İnkişaf Mərkəzi Nigeriya
47 Samuel Iro Tomoro TUNETAD Keniya
48 Kolins Mayor Kinyuru Pamoja TB group Keniya
49 Cozef Kilonzo “BİSK” Gənclər təşkilatı Keniya

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password