“Kiyev müharibə strategiyasını dəyişir” – “Ukrayna PUA-ları Qərb sanksiyalarından daha effektlidir”

 

“Ukrayna Rusiyaya qarşı eyni vaxtda iki müharibə aparır: biri birbaşa cəbhə xəttində, digəri isə Rusiya Federasiyasının ərazisində. Bu da oyun qaydalarını dəyişir və Moskvaya böyük ziyan vurur”.

Böyük Britaniyanın “The Spectator” jurnalının Ukrayna PUA-larının Rusiya enerji sektoruna vurduğu ziyan barədə yazısında belə deyilir.

Nəşr Ukrayna PUA-larının Sankt-Peterburq yaxınlığındakı Ust-Luqada neft-qaz emalı zavoduna və neft ixrac terminalına hücumunu xatırladıb. Jurnalistlərin fikrincə, bu zərbə Rusiyanın yanacaq istehsalı və ixracı imkanlarını ciddi şəkildə sarsıdıb: “Əslində, Ukrayna istehsalı olan bu PUA-lar Qərbin Rusiyanın karbohidrogen ticarətinə tətbiq etdiyi sanksiyalardan, qiymətləri məhdudlaşdırmaq cəhdlərindən daha uğurlu olub”.

Jurnalistlər onu da əlavə ediblər ki, Rusiya iqtisadiyyatının təxminən 40%-i müharibə üçün işləyir və bu xərclərin böyük hissəsi məhz neft və qaz satışı hesabına ödənilir. Nəşr izah edir ki, Rusiya infrastrukturu Ukrayna PUA-ları üçün ideal hədəfdir: “Nasos stansiyaları, neft-qaz terminalları və neft emalı zavodları tez alışan məhsulla doldurula bilən nəhəng, geniş sənaye sahələridir. Rusiyanın Ukraynada olmayan bir struktur zəifliyi var: onun geniş ərazisi və səpələnmiş infrastrukturu hər boru kəmərini, zavodu və körpünü qorumağı qeyri-mümkün edir”.

Yazıda qeyd olunur ki, PUA-lar və uzaqmənzilli raketlər sayəsində “Ukrayna bu müharibənin davam etdirilməsini Putin üçün çox bahalı və ağrılı edə bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password