İran İrəvana görə Azərbaycanla savaşa girməz! – Tsinker
İran müharibəyə girməyəcək, Ermənistan üçün vuruşmayacaq, siyasi bəyanatlar verə bilər, amma hərbi addım atmayacaq.
Bunu İsrail parlamentinin keçmiş deputatı, politoloq Aleksandr Tsinker deyib.
Politoloq bildirib ki, Bakı və Tehran arasında münasibətlər pisləşə və yaxşılaşa bilər, lakin İran onun şimal əyalətlərində (Cənubi Azərbaycan – red.) on milyonlarla azərbaycanlının yaşaması faktorunu gözardı edə bilməz:
“Tehran bu faktoru nəzərə alaraq Bakı ilə münaqişəyə getməyəcək. Yaxın gələcəkdə də İranla Azərbaycan arasında birbaşa hərbi toqquşmaların olacağına dair heç bir ilkin şərt görünmür”.
Tsinker İrəvana müttəfiq axtarışı rolunda başqa variantlar təklif edib:
“Ola bilsin ki, Ermənistan-Azərbaycan sərhədində müşahidəçilərin olmasını nəzərə alsaq, bu, müəyyən mənada çəkindirici faktor olan Fransa və ya Avropa Birliyi olacaq”.
Tsinker həmçinin qeyd edib ki, İran özü heç vaxt heç bir münaqişədə iştirak etmir, bunun üçün HƏMAS, Hizbullah və Ənsərullah timsalında əlaltıları var.