Pentaqondan Ukrayna ilə bağlı kritik açıqlama: “Pul tükənib”
ABŞ-ın Ukraynaya yardım etmək üçün pulu tükənib və Vaşinqton Kiyevi bir il əvvəlki səviyyədə raket və sursatla təmin edə bilmir.
“Associated Press” nəşri xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynaya dəstəyi koordinasiya edən 50 ölkənin iştirak etdiyi aylıq konfransda deyib.
“ABŞ-ın Ukraynaya kömək etmək üçün pulu tükəndi və biz Kiyevi bir il əvvəlki səviyyədə raket və sursatla təmin edə bilmirik. Mən bu qrupu Ukraynanı daha həyati əhəmiyyət kəsb edən yerüstü hava hücumundan müdafiə sistemi ilə təmin etmək üçün daha dərin qazmağa çağırıram” – Ostin dedi.