“İsveçin NATO-ya üzvlüyünə qarşılıq ABŞ-dən 20 milyardlıq paket” – Türkiyənin tələbi məlum oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olması müqabilində ABŞ-dən 20 milyard dollarlıq “F-16” paketinin təsdiq edilməsini istəyib.
Bu barədə ABŞ-nin “The New York Times” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, İsveçin NATO-ya üzvlüyünə razılıq veilməsi Türkiyə- ABŞ münasibətlərindəki diplomatik problemlərə müsbət təsir edib.
Qəzetin iddiasına görə, Bayden administrasiyası bu razılaşmanı dəstəkləyəcəyini bildirib. Lakin Konqres Baydenin bu qərarına qarşı çıxmağa çalışıb.
ABŞ nəşri həmçinin yazıb ki, Ərdoğan İsveçin NATO-ya üzvlük məsələsindən istifadə edərək, Türkiyənin pilotsuz uçuş aparatlarında istifadə edilən optik avadanlıqlara ixrac məhdudiyyəti qoyan Kanadaya təzyiq göstərməyi planlaşdırır./azpolitika.info