Təyyarədə ölən ukraynalı hərbçilərin adları açıqlanıb
Rusiyanın İl-76 hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə Ukraynanın əsir götürülmüş 65 hərbçisi var idi və onlar mübadilə üçün Belqorod vilayətinə aparılırdı.
“Təyyarədə mübadilə üçün Belqorod vilayətinə aparılan 65 ukraynalı hərbçi, onları müşayiət edən 3 nəfər və 6 ekipaj üzvü olub”, – məlumatda qeyd olunub.
Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Andrey Kartopolov -“Ukrayna rəhbərliyi gözlənilən mübadilədən yaxşı xəbərdar idi, onlara əsirlərin necə çatdırılacağı barədə məlumat verildi, lakin İl-76 təyyarəsi “Patriot” və ya Almaniya istehsalı olan İRİS-T zenit-raket sistemindən üç raketlə vuruldu. Mütəxəssislər bunu araşdıracaqlar”, – bildirib.
“Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Belqorodda İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ukraynalı hərbi əsirlərin siyahısını yayımlayıb.