İran Ermənistanın “itirdiyi” silahları HƏMAS-a ötürmüş ola bilər – EU Reporter
Ermənistan İrana çox sayda silah tədarük etmiş ola bilər ki, bunlar da öz növbəsində HƏMAS və digər terrorçu təşkilatların əlinə keçib.
Bu barədə Sara Millerin Brüsseldə yerləşən “EU Reporter” xəbər platformasında dərc olunan məqaləsində deyilir.
Müəllif erməni hərbçilərinin necəsə 17 minə yaxın hücum tüfəngini itirdiyini xatırladıb. Ermənistanın daxili işlər naziri Vahe Qazaryanın sözlərinə görə, silah anbarlarında bu sayda hücum silahları nəzərdə tutulmayıb.
“17 min – bu rəqəmi anlamaq çətindir. Təsəvvür edin ki, bu silah 3,5 piyada briqadasını silahlandırmak üçün kifayətdir. Bütünlükdə Ermənistan ordusunda 65 min hərbçi var, yəni çatışmayan silah onun dörddə birinə bəs edərdi. Lazımi qaydada qablaşdırılsa, bu 1400 ədəd yetərincə böyük və ağır qutular (hər birində 12 tüfəng olmaqla) olardı və daşınması üçün 10-dan çox hərbi yük maşını lazım olar”, – məqalədə deyilir.
Müəllifin sözlərinə görə, Qazaryan özü silahların 2-ci Qarabağ müharibəsindən sonra itdiyini qeyd edib. Beləliklə, silahlar müharibə zamanı itməyib və ya Azərbaycan ordusu tərəfindən ələ keçirilməyib – tüfənglər münaqişədən sonra itib.
“Bu silahlar indi hardadır? Bu tədarüklər dəqiq Türkiyə, Gürcüstan və ya Azərbaycan sərhədlərindən Ermənistan ərazisindən çıxarılmayıb. Planetin istənilən nöqtəsində silah əldə etməkdə maraqlı olan yalnız bir qonşu ölkə var: İran. Müxtəlif terrorçu təşkilatların əsas tərəfdarı olan Tehran mütəmadi olaraq onlara yüngül və ağır silahlar tədarük edir.
Rusiya istehsalı olan hücum tüfəngləri əlavə üstünlüyə malikdir. Əslində onları izləmək mümkün deyil. İran Kalaşnikov avtomatının analoqları olan KLF və ya KLS tüfənglərini istehsal edir. Lakin onları kiçik dizayn fərqləri, ümumi keyfiyyət zəfliyi, istehsalçı markalaması və silahın üzərində atəş açarının markalanmasına görə asanlıqla tanımaq mümkündür. Rusiya istehsalı olan silahları husilərə, “Hizbullah” və ya HƏMAS-a tədarük etmək daha sərfəlidir – heç kim onların haradan gəldiyini bilmir, çünki Rusiya markalanmasına bir çox yerlərdə rast gəlmək mümkündür.
Bu gün Ermənistan Avropa sanksiyalarından yan ötməkdə mühüm rol oynayır, bu səbəbdən ola bilsin ki, bu tədarüklər məhz onun ərazisi vasitəsilə baş verib.
Təsəvvür edin ki, 2020-ci ildən Ermənistanın hərbi anbarlarından “itmiş” Kalaşnikov avtomatları HƏMAS döyüşçülərinin əlinə keçib və ola bilsin ki, İsraildəki 7 oktyabr qırğınında istifadə olunub”, – deyə Sara Miller yazır./trend.az