İrəvandan dəhliz açıqlaması: “Bu şərtlə hazırıq”
Ermənistan nəqliyyat dəhlizləri ilə bağlı üzərinə heç bir öhdəlik götürməyib.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazir dəhliz məntiqinin “yolverilməz” olduğunu da söyləyib.
Mirzoyan əlavə edib ki, Ermənistan regionda təkcə Azərbaycanln qərb rayonları ilə Naxçıvan arasında yox, Ermənistanın istifadə etmək niyyətində olduğu bütün marşrutlar üzrə kommunikasiya kanallarının açılmasına hazırdır və bunda maraqlıdır. O, blokadanın ləğvi ilə bağlı bərabərlik və suverenlik prinsiplərinə əsaslanan sazişin mümkünlüyünü vurğulayıb.
Həll yolları tapmağa hazır olduqlarını iddia edən Mirzoyan gömrük nəzarəti olmadan keçid ideyasını “qəbuledilməz” adlandırıb. Onun sözlərinə görə, marşrutun təhlükəsizliyi Ermənistan tərəfindən təmin edilməlidir, Baş nazir Nikol Paşinyan bu halda hazır olduğunu bildirib.