Dəhliz Rusiyanın nəzarəti ilə açılır: Kreml son nöqtəni qoydu

 

Zəngəzur dəhlizinin açılması üçtərəfli bəyanatın prinsiplərinə əsaslanır. Rusiyanın israrı həmin prinsiplərin təmin olunması ilə bağlıdır. Çünki bu halda dəhlizin qorunması məhz Rusiya tərəfindən həyata keçiriləcək.

BunuBöyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Hazırda bütün məsuliyyət Ermənistanın üzərindədir. Azərbaycan üçtərəfli bəyanatın tam təmin olunmasını istəyir. Bu mənada Ermənistanın Rusiya ilə hər hansı problemi varsa, bunu özü həll etməlidir. Bakı paralel olaraq ehtiyyat variant kimi İran üzərindən yolun açılmasını təmin edib. Amma İran ərazisindən xətti açılmasının Zəngəzur dəhlizinə aidiyyatı yoxdur”, – deyə o qeyd edib.

Partiya sədri hesab edir ki, Zəngəzur dəhlizinin açılması labüddür: “Bu baxımdan Rusiyanın istəklərinə cavabı Ermənistan verməlidir. Sözsüz ki, indiki halda Nikol Paşinyanın müsbət təmaslardan bəhs etməsi diqqətlə izlənilir. Azərbaycan bu təmasların tərəfdarı olaraq çıxış edir. Amma prosesdə artıq nəticə olmalıdır. Azərbaycanın gözləntisi də bununla bağlıdır”.

Fazil Mustafaya görə, proses uzandıqca kənardan müdaxilələr çox olacaq: “Fransız senatorların mənasız qərarları, Argentinada kiminsə addımı ilə məsələ həllini tapmayacaq. Çünki bu danışıqlarla həll olunacaq bir prosesdir. Ona görə də, Ermənistan konkrert mövqe sərgiləyib prosesin başa çatmasına çalışmalıdır”.

Millət vəkili bildirib ki, İrəvanın indiki halda Rusiya ilə ehtiyyatlı münasibəti Qərbin təzyiqləri ilə bağlıdır: “Ermənistan Rusiya ilə iş birliyində olan ölkə kimi görünmək istəmir. Bu, açıq saxtakarlıqdır. Rusiya bu davranışa görə, Ermənistanla bağlı mövqeyini hansısa formada ortaya qoyacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password