Bakıya gələn qonaq Ermənistanı silkələdi – “Bu, yeni fəlakət deməkdir”

 

Fransanın bölgədə oynadığı oyunlar Ermənistan üçün yeni fəlakətə gətirib çıxara bilər.

Bunu erməni siyasi ekspert Qraçya Manukyan deyib.

Ekspert Ermənistana yeni vədlər verməsinə baxmayaraq, Azərbaycanın Fransa üçün önəmli ölkə olduğunu iddia edir:

“Son günlər Fransadan verilən iki mesaj Parisin bölgəmizdəki fəallığından xəbər verir. Birincisi, Fransa Prezidenti Makron silahlı qüvvələrə müraciətində bildirdi ki, diqqətdə olan Balkan və Ermənistan, xüsusən də Ermənistan məsələsində Parisin mövqeyini gücləndirəcək tarixi qərar verilib. Yeni xarici işlər naziri Stefan Sejurn da Fransanın Ermənistana davamlı dəstəyini vurğuladı, ədalətli və davamlı sülh arzusunu vurğuladı.

Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilən qərardan sonra Azərbaycan parlamentində bu ölkəyə sanksiyaların tətbiqi, Fransa biznesi, o cümlədən nəhəng “Total” şirkətinin ölkədən çıxarılmasının zəruriliyi ilə bağlı fikirlər eşidilir. Bu arada, 44 günlük müharibədən sonra belə, Fransa Azərbaycanla münasibətləri korladığı vaxtda “Total”ın rəhbərliyi Azərbaycanın rəhbərliyi ilə görüşərək, əməkdaşlığı müzakirə edib.

Fransa da Azərbaycanla əlaqələri tamamilə kəsməməyə çalışacaq, fakt budur ki, Azərbaycanın enerji sektoru və ya neft-qazı Fransaya lazımdır. Fransa Azərbaycanda Böyük Britaniya ilə rəqabətə girmək, öz maraqlarını önə çəkmək üçün çalışır. Əvəzində Azərbaycan Britaniya ilə əlaqələrini gücləndirir. Ötən həftə Azərbaycan Baş naziri Əli Əsədov “British Petroleum”un (BP – Britaniya şirkəti) nümayəndələri ilə görüşərək, Qarabağda günəş enerjisi layihələrinin həyata keçirilməsi məsələsini müzakirə edib.

Azərbaycan Avropa ölkələri arasında Britaniyaya üstünlük verdi. Yeri gəlmişkən, Ermənistanda da fəallaşmağa başlayan Britaniya bizi də öz tərəfinə çəkməyə çalışır. Avropa dövlətlərinin hansı maraqları güddüyü bəllidir. Həm Fransa, həm də Britaniyanın maraqları qətiyyən Ermənistana yönəlməyib, sonda yeni fəlakətə gətirib çıxara bilər”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password