Zelenski sülh danışıqlarına başlamağı xahiş edir
Zelenskinin komandasının siyasətində dramatik dəyişikliklər görünür. Zelenski sülh danışıqlarına başlamağı xahiş edir? Deyəsən, hə. Hələ ki, bağlı qapılar arxasında olsa da, artıq Rusiya ilə danışıqları müzakirə etməyə başlayıblar.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Ukrayna üzrə ən yaxşı ekspertlərdən biri Oleq Tsaryov qeyd edib ki, ilk dəfə Ukraynanın yüksək səviyyəli liderlərindən biri Podolyak bildirib ki, Kiyev Rusiya ilə 1991-ci il sərhədlərinə getmək tələbi olmadan və Putinlə barışıq haqqında danışıqlara başlamağa hazırdır. Düzdür, onlar hələ də “Rusiyanın taktiki uğursuzluqlarını” gözlədiklərini qeyd edirlər. Amma bu vacib deyil. Ukrayna Prezidentinin müşavirinin ilk dəfə Zelenskinin formulundan çıxdığını bildirməsi vacibdir. Əgər Zelenski yaxın günlərdə müşavirinin açıqlamasına düzəliş etməsə, bu o deməkdir ki, Ukrayna artıq yumşaqlıqla sülh danışıqlarına başlamağı xahiş edir”, – o bildirib.