Klaar İrəvandan Bakıya niyə gəlmədi?
Ermənistanda səfərdə olan AB-nin xüsusi nümayəndəsi Toivo Klaar Bakıya gəlməyəcək.
Bu barədə Klaarın ofisindən məlumat verilib.
“Bildiyiniz kimi, hazırda Azərbaycanda seçki kampaniyası dövrü olduğu üçün Bakıya səfər nəzərdə tutulmur. Amma AB-nin xüsusi nümayəndəsi Azərbaycan rəhbərliyi ilə sıx əlaqə saxlayır”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ Dövlət katibinin Qafqaz məsələləri üzrə baş müşaviri Lui Bono da İrəvanda səfərdə olmuşdu.