XİN ilə “DOSTLUQ TRADİNG” MMC-nin dostluğunda nə kimi şübhəli məqamlar var?

 

Yaxın keçmişdə, yəni 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatı bu gün hamı xatırlayır.  Bir daha xatırlatmaq istərdik ki,  XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyi rəsmi məlumatda bildirilirdi.

İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunduğu bildirilmişdi.

Bundan sonra Xarici İşlər Nazirliyində çox dəyişiklik oldu. Nazir də dəyişdi. Nazirliyin bir çox köhnə işçiləri də. Amma görsənən odur ki, sözügedən nazirlikdə satınalmalarda yol verilən qanunsuzluqlar hələ də qalmaqdadı.Bu da misal.

Xarici İşlər Nazirliyi tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçilmiş açıq tenderə yekun vurulub və “DOSTLUQ TRADİNG” MMC ilə 74.998,91 manat məbləğində satıbalma müqaviləsinin bağlanıldığı dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 07.01.2024-cü il tarixdə elan edilib.

“DOSTLUQ TRADİNG” ( VÖEN 1502948491) Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.07.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi NAİLƏ MİRİYEVA MAİS QIZI, hüquqi ünvanı, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, MAQSUD ƏLİZADƏ, ev 42, nizamnamə kapitalı 200.00 manatdır. Kimdir Miriyeva Nailə Mais qızı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsndə 02.02.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. , ev 187, m. 79 olan, nizamnamə kapitalı 200 manat, “ANAR SERVİS” (VÖEN 1004110041) Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC hazırda ləğv edilib.

Qeyd edək ki, həmin ünvanda həm də “DOSTLUQ SERVİS” MMC 09.02.2016-cı ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisinin MİRİYEV FAMİL ŞAMİL OĞLU  olan MMC nin də hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. , ev 187, m. 79-dur.

Bu ünvanda,yəni  BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. ,ev 187, m.79 yaradılmış başqa bir MMC ilə də müqavilə bağlaması barədə əlavə məlumatlar əldə etdik. Belə ki, 11 saylı İnternat Məktəb tərəfindən çirkab suyun daşınması üzrə kotirovka sorğusunun 21.02.2020-ci il tarixdə”ANAR SERVİS MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə 22000 manat dəyərində müqavilə bağlanmışdır. Qanuni təmsilçisi NAİLƏ MİRİYEVA MAİS QIZI olan bu MMC də Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 02.02.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi MİRİYEV FAMİL ŞAMİL OĞLU olan “Dostluq Servis”MMC-dən cəmi bir həftə əvvəl. Hüquqi ünvanı eyni olan bu MMC lərin bir ailəyə sahib olması demək deyilmi? 

MMC-nin ilk qanuni təmsilçisi, yəni təsisçisi “DOSTLUQ SERVİS” (VÖEN 1004119871) MMC-nin qanuni təmsilçisi və təsisçisi olmuş MİRİYEV FAMİL ŞAMİL OĞLU oğludur. Bəs “DOSTLUQ SERVİS” MMC nin fəaliyyəti ilə bağlı nə kimi məlumatlar var. MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin 10.11.2022-ci il tarixli, 2239022313870800 nömrəli qərarı ilə riskli vergi ödəyiçilərinin siyahısına daxil edilib. Daha sonra isə 775.81 manat vergi borcu ilə ləğv edilib.

Qeyd edək ki, “Dostluq Servis” MMC-nin baş direktoru Famil Miriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Belə ki, MMC-nin adı Bilgəh qəsəbəsində yerləşən 11 saylı  İnteqrasiya Təlimli İnternat Məktəbi tərəfindən içməli suyun satın alınması zamanı yol verilən qanunsuzluqlarla bağlı olub. Baş Prokurorluğun 13.08.2021-ci ildə yaydığı məlumata əsasən, aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, direktor Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdılaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib./Lent.az

Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib. Bilgəh 11 saylı  İnteqrasiya Təlimli İnternat Məktəbinin direktoru Gülnarə Abdullayeva, onun tədris işləri üzrə müavini Fəranə Əliyeva, müavin Namiq Kərimov, xidməti işçi Əliyev Əlipolad, katibə Fatimə Rzayeva və “Dostluq Servis” MMC-nin baş direktoru Famil Miriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. İş üzrə Təhsil Nazirliyi zərərçəkmiş qismində tanınıb. Adı çəkilən şəxslərin hər biri polisin nəzarəti altına verməklə barələrində həbs-qətimkan tədbiri seçilib. Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar. Onların iştirakı ilə Təhsil Nazirliyinə ümumilikdə 315 min 127 manat maddi ziyan vurulub. Dəyən ziyanın 49 mini nazirliyə ödənilib.

B uradan suallar yaranır. Xarici İşlər Nazirliyi adı mənimsəmə maddəsi ilə ittiham olunanların arasında olan “Dostluq Servis” MMC-nin baş direktoru Famil Miriyevə məxsus “DOSTLUQ TRADİNG” MMC ilə 74.998,91 manat məbləğində satıbalma müqaviləsini necə bağlayıb. Vergi Xidmətinin məlumatlarında MMC-ni 29.07.2015-ci ildə Miriyev Famil Şamil oğlu yaradıb və 17.03.2023-cü il tarixə qədər qanuni təmsilçisi olub. 01.05.2023-cü il tarixdən isə MMC-yə qanuni təmsilçilik Miriyeva Nailə Mais qızına keçib. 

Nazirlar Kabinetinin riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların meyarları haqqında qərara əsasən vergi ödəyicisi digər riskli vergi ödəyicisində təsisçi və direktor kimi fəaliyyət göstərə bilməz. Bəs necə olub ki, təsisçisi Miriyev Famil Şamil oğlu olan “DOSTLUQ TRADİNG” MMC Xarici İşlər Nazirliyinin keçirdiyi açıq tenderin qalibi olub? Burada iki məqam var. Ya Famil Miriyev sənədləri saxtalaşdıraraq digər riskli vergi ödəyicisində təsisçi və direktor olmadığını göstərib, ya da Xarici İşlər Nazirliyinin rəsmiləri bu saxtalığı görməzdən gəlib.

Qeyd edək ki, 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbində içməli suyun satınalması üzrə “Dostluq Servis” MMC-nin baş direktoru Famil Miriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunnda Təhsil naziri Ceyhun Bayramov idi. Sözügedən şəxs indi də Xarici İşlər Nazirliyinin başında durur. Bunlar “DOSTLUQ SERVİS” və “DOSTLUQ TRADİNG” MMC-nin qanuni təmsilçisi Famil Miriyevlə nazir Ceyhun Bayramovun DOSTLUQlarındanmı xəbər verir, yoxsa bir təsadüfdür, deyə bilmərik.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password