Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib
Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib.
O, uzun sürən xəstəlikdən sonra bu gecə, 54 yaşında dünyasını dəyişib.
Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.
2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlandı.
Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilmişdi.
Dünyasını dəyişən Səbuhi Məmmədlinin nəşi Ucar rayonuna aparılıb.
O, bu gün Ucar rayonunun Müsüslü kəndində dəfn ediləcək.
Allah rəhmət etsin!