Təhlükəli nöqtədə yerləşdirildi – Nüvə silahının istifadəyə “yaşıl işıq”

 

Belarus yeni hərbi doktrinasına taktiki nüvə silahından istifadə ilə bağlı bənd daxil edib.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Amerikalı analitiklərin fikrincə, bu, Rusiyanın 2023-cü ildə bu tip silahları Belarusda yerləşdirməsini əks etdirmək üçün edilib.

İlk dəfədir ki, Belarusun hərbi doktrinasında taktiki nüvə silahlarının tətbiqi nəzərdə tutulur.

Yeni doktrinada taktiki nüvə silahlarının necə tətbiq olunacağına dair məlumat yoxdur. ISW Rusiya və ya Belarusun nüvə savaşına can atdıqlarına dair heç bir əlamət tapmayıb. ABŞ institutu bu iki ölkənin nüvə silahından istifadə etmələrinin mümkünsüz olduğuna inanır.

 

Rusiya Prezidenti Vladimir Putin ötən ilin martında belaruslu həmkarı Aleksandr Lukaşenkonun xahişi ilə Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətini açıqlayıb. Bundan sonra Minsk Belarusda nüvə silahının yerləşdirilməsinin plan üzrə getdiyini bildirib.

Avqustun sonunda Polşa Prezidenti Anjey Duda Rusiyanın yaxınmənzilli nüvə silahlarını Belarusa göndərdiyini təsdiqləyib.

“Wall Street Journal” bu yaxınlarda yazmışdı ki, Rusiya NATO sərhədlərinə yaxın nöqtədə – Belarusda nüvə silahı yerləşdirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password