Rusiya o bölgəni də hədəfə aldı – Lavrov zəng edib dəstək istədi

 

Rusiya Ukraynada işğalçı müharibəni davam etdirməklə yanaşı, Yaxın Şərqdəki proseslərə də təsir etməyə çalışır. Ancaq Rusiya Yaxın Şərqdə təkbaşına fəallaşa bilməyəcəyini anladığından bu məsələdə də strateji tərəfdaşı Çinə ümid edir.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə xatırladılır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl çinli həmkarı Van Yiyə zəng edib:

“Nazirlər iki əsas mövzunu müzakirə ediblər. Birinci mövzu BRİKS təşkilatının beynəlxalq aləmdə gücləndirilməsi olub. Moskva və Pekin bu təşkilatın qapılarını bir çox dövlət üçün açıb, yeni üzvlər qəbul olunub. Moskva və Pekin bu yolla həm tərəfdaşlarının sayını artırmağı, həm də ABŞ-ni müxtəlif bölgələrdə sıxışdırmağı hədəfləyib. BRİKS-ə sədrlik Rusiyaya keçib. Bu ilin oktyabrında Kazan şəhərində təşkilatın sammiti keçiriləcək. Rusiya sammiti “Qlobal təhlükəsizlik və inkişaf” şüarı altında keçirmək istəyir. Pekin bunu bəyənib. Buna baxmayaraq, digər BRİKS üzvləri, o cümlədən Hindistan, Braziliya, CAR və qurumun yeni üzvü Səudiyyə Ərəbistanı Moskva və Pekinin anti-Qərb siyasətini dəstəkləmir.

 

Lavrov və Yinin müzakirə etdiyi ikinci mövzu İsrailin Qəzzadakı hərbi əməliyyatı olub. Moskva və Pekin İsrailin hücum əməliyyatının dayandırlmasının vacib olduğu qənaətindədir. Moskva və Pekin bu məsələdə öz aralarında koordinasiyanı gücləndirməyi qərara alıb.

Hər iki ölkə bölgədə Fələstin dövlətinin yaradılmasını vacib bilir. Bunu elə Moskva və Pekinin rəqibi Vaşinqton da istəyir. ABŞ dövlət katibi Entoni Blinken İsrailə son səfəri zamanı Fələstinin tanınmasının vacibliyini israilli rəsmilərə də izah edib. Blinken bu olmadan İsrailin problemlərinin həll olunmayacağı qənaətindədir. Buna baxmayaraq, Vaşinqton Moskva və Pekinin BMT-də İsrail əleyhinə qətnamə qəbuluna imkan vermir. Lavrov və Van Yi bir daha Qərbin Rusiya və Çinə qarşı siyasətini tənqid edib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password