Naxçıvana iki dəhliz açılır: İlkin olaraq keçid belə olacaq – Şəfiyev açıqladı

 

Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlaması əsassızdır. Bu məsələdə onun Azərbaycanla İran arasındakı kommunikasiya xəttini nümunə kimi götürməsi də məntiqsizdir. Çünki burada böyük bir fərq var.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Şəfiyev bildirib ki, Zəngəzur dəhlizi məsələsi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb:

“İranla açılan xəttə isə alternativ yoldur”.

Mərkəz sədrinə görə, Ermənistan tərəfi Zəngəzurdan dəhlizi açılmasına imkan vermədi:

“Belə olduğu halda İran ərazisindən kommunikasiya xəttinin açılması təmin edildi. Təbii ki, burada iki yola sərmayə qoymaq heç də sərfəli deyil”.

Şəfiyev hesab edir ki, İran tərəfi burada Azərbaycana qarşılıqlı razılaşma əsasında yol verib:

“Əslində İranın belə bir öhdəliyi yox idi. Bunun əksinə olaraq isə Ermənistanın Azərbaycanın Naxçıvana çıxışı üçün yol verməklə bağlı öhdəliyi var. Ona görə də. burada vəziyyət də tamamilə fərqlidir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password