İran niyə Pakistana zərbə endirdi? – Tehranın qorxusu məlum oldu

 

İranın əvvəlcə İraqa, sonra Pakistana hava zərbə endirməsinin səbəbi İsrail-HƏMAS müharibəsi səbəbindən Tehranın nüfuzunu itirməsidir.

Bunu Türkiyənin “Haber 7” saytının analitiki Bartu Eken deyib.

Onun sözlərinə görə, İsrail-HƏMAS savaşı uzandıqca, buna müdaxilə etməkdən çəkinən İranın reputasiyasına dəyən zərər də böyüyür:

“Toqquşmalar davam edərkən, İran animasiyalardan, hədələyici bəyanatlardan o yana keçmədi. Üstəgəl, İranla yaxın münasibətdə olan “Hizbullah” da müdaxilə etməyəcəyini açıqladı. Bu arada İsrailin Suriyadakı İran hərbçilərinə hücumları intensivləşib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən, general Razi Musəvi də daxil olmaqla bir çox yüksək vəzifəli şəxs öldürülüb. Bu vəziyyət Tehranın xarici siyasətdəki mövqeyini zəiflədib”.

Eken İranın Kirmandakı partlayışlara da cavab verə bilmədiyini söyləyib:

“İran Kirmandakı olaylara görə İsrail və ABŞ-nin məsuliyyət daşıdığını iddia etdi. Partlayışlardan sonra İranın ən məşhur ibadət yerlərində “intiqam bayrağı” dalğalandırıldı. Amma bu müddət ərzində İsrail və ABŞ-yə qarşı heç bir hücum olmadı. Bu səbəbdən İranda hakimiyyətin zəiflədiyi təəssüratı yarana biləcəyi ilə bağlı fikirlər səsləndirildi.

Analitiklər hesab edirlər ki, Tehran hücumlara cavab vermək məcburiyyətindədir, buna görə də bu missiya üçün nisbətən zəif ölkələr seçilib.

Əslində İranın zərbə endirdiyi İdlibdə İŞİD-in işğal etdiyi bir qarış ərazi yoxdur. Bu günə qədər İraq və Suriyadakı ABŞ bazalarına edilən hücumlarda heç bir ABŞ hərbçisi zərər görməyib. Ona görə də İranın son addımlarının terrorla mübarizədən çox beynəlxalq reputasiyasını bərpa etmək məqsədi daşıdığına dair şərhlər səslənir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password