Gürcüstandan dəhliz açıqlaması – Paşinyanın təklifinə təpki belə oldu

 

Gürcüstan regional kommunikasiyaların şaxələndirilməsi və gücləndirilməsi kimi ümumi məqsədə nail olmaq üçün qonşu ölkələrlə əməkdaşlığa hazırdır.

Bu barədə Gürcüstanın Ermənistandakı səfirliyindən İrəvanın “Sülh qovşağı” layihəsinə Tiflisin münasibətinə dair yerli mətbuatın sualına cavabında bildirilib.

“Qafqazın kommunikasiyalar üçün həyati əhəmiyyət kəsb edən region kimi strateji və əlaqələrin təmin edilməsində artan önəmini qəbul edirik. Gürcüstan regional kommunikasiyaların şaxələndirilməsi və gücləndirilməsi kimi ümumi məqsədimizə nail olmaq üçün qonşu ölkələrlə əməkdaşlığa hazırdır. Regional sabitliyə, iqtisadi artıma və əlaqələrin genişlənməsinə töhfə verən təşəbbüsləri dəstəkləməyə hazırıq”, – səfirlikdən deyilib.

 

“Sülh qovşağı”nın müəllifi Ermənistan Baş naziri Nikol Paşinyandır. Projenin Fars və Oman körfəzləri, Qara, Xəzər və Aralıq dənizlərini regional vahid dəmir yolu şəbəkəsi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ilə birləşdirməyi hədəflədiyi bildirilir. İrəvan bu layihə ilə Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyaları avtomobil və dəmir yolları, boru kəmərləri, kabel və elektrik xətləri vasitəsilə inkişaf etdirmək istədiyini açıqlayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password