Ukrayna Rusiya ərazisinə zənbələr endirdi – Voronejdə fövqəladə vəziyyət elan olundu

 

Ukrayna Rusiyanın 2 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 PUA Voronej, 4 PUA isə Belqorod vilayəti üzərində vurulub.

Bundan başqa, Varonej şəhərinin meri Vadim Kstenin Teleqramda yazıb ki, PUA hücumundan sonra sözügedən vilayətdə fövqəladə vəziyyət elan edilib:

“Dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb. Hava hücumuna məruz qalan evlərin sakinləri isə təxliyə edilib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password