Tehran özünü belə müdafiə etdi – “Cəzalandırmaq üçün etdik”

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkəmizin suverenliyini və təhlükəsizliyini qorumaq, terrorizmlə mübarizə və təhlükəsizliyi pozanları cəzalandırmaq üçün İraq Kürd Muxtariyyətinə zərbələr endirib.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

SEPAH bundan əvvəl Ərbil şəhərinə (Kürd Muxtariyyətinin paytaxtı) hava zərbələri barədə məlumat verib.

Bundan bir neçə gün əvvəl İranın dini lideri Əli Xameneyi müxtəlif ərəb ölkələrindəki “müqavimət cəbhəsi”ni harada olur-olsun, “düşmən”ə zərbə endirməyə çağırıb. Ərbilə zərbələr yanvarın 3-də Kirman şəhərində general Qasım Süleymaninin ölümünün ildönümü ilə bağlı keçirilən mərasimdə törədilən partlayışlara cavab olaraq həyata keçirilib.

SEPAH-ın zərbələri nəticəsində 4 mülki şəxs həlak olub. İranın addımı ABŞ və İraqın kəskin reaksiyasına səbəb olub. Olaydan sonra İraq Tehrandakı səfirini geri çağırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password