Sözləri və hərəkətləri təzad təşkil edən Ermənistan
“Bütün Cənubi Qafqazın “ən döyüşə hazır” ordusunun məğlubiyyəti bu ölkənin siyasətçilərini ayıltmalı və göydən yerə endirməli idi”.
Bu barədə “Caliber”in “YouTube” kanalının növbəti buraxılışında deyilir.
“Üç il əvvəl 44 günlük müharibənin ilk zərbələri ilə başlayan hadisələr zənciri onlara bir növ referendumlar, öz müqəddəratını təyinetmə, qanunsuz birləşmələrlə bağlı bütün bu saxta sənədlərin və qətnamələrin “bir qəpiklik olduğunu” göstərməli idi.
Azərbaycanın 2020-ci il müharibəsində qələbəsi “miatsuma” nəzəriyyəçilərinin onilliklər boyu verdiyi bütün bu mənasız fərman və qərarları cırıb atdı. Müharibə başa çatdıqdan sonra Ermənistanda nəhayət ki, 1988-ci ildəki mitinqin ilk dəqiqələrindən bəri bütün xəyallarının – yad torpaqları zəbt etmək, başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq kimi arzularının nə qədər ümidsiz olduğunu başa düşəcəklərinə zəif bir ümid var idi.
Lakin kapitulyasiyadan çox keçməmiş erməni siyasətçilərə bir dəmir yumruğun kifayət etmədiyi məlum oldu. Yalnız Azərbaycan Silahlı Qüvvələri Qarabağda bir sıra hərbi əməliyyatları, eləcə də antiterror tədbirləri həyata keçirdikdən sonra Ermənistan rəhbərliyi bəyanatlar səviyyəsində yeni reallıqları qəbul etməyə yaxınlaşıb”, – videoda deyilir.
Aşağıdakı materialda “Caliber” bu bəyanatların Ermənistanın real addımlarına və hərəkətlərinə nə dərəcədə uyğun olduğunu təhlil edib.