Hakan Fidandan müharibə xəbərdarlığı: “Demişdik, başladı…”

 

Qəzzada davam edən İsrail-HƏMAS savaşının coğrafiyası genişlənir.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan xorvatiyalı həmkarı Qordan Qrliç Radmanla birgə mətbuat konfransında deyib.

Fidanın açıqlamalarından diqqətçəkən məqamlar belədir:

“Qəzza qətliamının başlamasından 101 gün keçir, bu müddət ərzində əksəriyyəti qadın və uşaqlar olmaqla 24 mindən çox fələstinli qətlə yetirilib. Daha böyük faciə odur ki, bu, beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir.

Buradan daha böyük müharibə və ya sülhün çıxacağını söyləmişdik, amma müəyyən ölkələr bunu müharibəyə aparmaqdan çəkinmədilər. Bu böhranın ikidövlətli yolla həlli fikri hamı tərəfindən qəbul edilir. Artıq İsrailin maraqlarını ön planda tutan yanaşmaların sülh gətirməyəcəyini inkar edənlər yoxdur.

 

Müharibə ilə bağlı ciddi risklərin olduğunu görürük, regional genişlənmə barədə bildirmişdik. Hamı Livandan başlayacağını düşünərkən, başqa yerlərdən başladı.

Bütün beynəlxalq ictimaiyyəti daimi atəşkəs səylərini ciddi şəkildə dəstəkləməyə dəvət edirik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password