ABŞ-nin müttəfiqləri Trampın Ağ Evə qayıtmasından qorxurlar

 

ABŞ-nin bir çox müttəfiqi Donald Trampın 2024-cü ilin payızında keçiriləcək prezident seçkisində qalib gələ biləcəyindən narahatdır.

Bu barədə “Bloomberg” agentliyi Avropa, Asiya, Afrika və Latın Amerikası hökumətlərindəki mənbələrə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, dünya ölkələri Trampın mümkün uğuruna həssas, lakin təcili qaydada hazırlaşır.

“Bloomberg”in həmsöhbətləri qeyd ediblər ki, ABŞ-nin müttəfiqləri siyasətçinin Amerikanın hər şeydən üstün olduğu ilə bağlı açıqlamalarından və NATO-dan çıxmaqla hədələməsindən, eləcə də proteksionist ticarət siyasətindən narahatdırlar.

Yüksək rütbəli diplomatlardan biri bildirib ki, Avropa İttifaqının sammitlərində bəzi liderlər Trampın Ağ Evə qayıtması ehtimalı barədə danışmaqdan belə çəkinirlər, çünki bu ehtimalın yüksəldiyini bilirlər.

Qeyd edək ki, Tramp ABŞ-nin Ayova ştatında keçirilən ilkin səsvermənin nəticələrinə əsasən, 51% səslə qalib gəlib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password