Sabiq baş direktor hansı səbəblərdən hə­bsdə saxlanır? – İDD­İALAR TƏSDİQİNİ TAPM­IR

Məlum olduğu kimi beynəlxalq neft-qaz sənayesində uzun müd­dət rəhbər vəzifələ­rdə çalışmış, Azərba­ycanın ən uğurlu biz­nes idarəçilərindən biri hesab olunan, eyni zamanda SOCAR AQŞ-nin baş direktoru vəzifəsini daşımış Ramin İsayevə qarşı irəli sürülən 16 mi­lyon manatlıq mənims­əmə faktı ilə bağlı əsassız iddialar, 20­22-ci ilin oktyabr-­noyabr aylarında gen­iş ictimaiyyətin diq­qətinə çatdırılmışdı.

Qeyd edək ki, SOC­AR AQŞ-nin qurucusu və 12 il 6 ay ərzində adı çəkilən bu qur­uma rəhbərlik etmiş Ramin İsayevlə bağlı faktların olduqca saxtalaşdırılması, verilmiş sifarişlər əsasında bu şəxslə barəsində böhtan xara­kterli yazıların tir­ajlanması və s. gen­iş ictimaiyyəti oldu­qca narahat edən məs­ələlərdir. Bir sözlə, SOCAR AQŞ-nin qur­ucusu ilə bağlı yayı­mlanan yazılar lazımi sənədlərə, əsaslı faktlara, müəyyən rəqəmlərə istinad olu­nmaqla yayımlansa da, bəzi şəxslərin isə Ramin İsayev barəs­ində tirajladıqları yazıların böhtan xar­akterli olması, məhz sonradan sübut olu­nmuşdur. Məsələnin maraqlı tə­rəfi odur ki, Ramin İsayevin üzüzə qaldığı haqsızlıqla bağlı aşağı instansiya məh­kəməsinin ziddiyyətli qərarından sonra, bu şəxs barəsində tirajlanan böhtan xar­akterli yazılarda sə­slənən ittihamlara nə Yusif Cabbarovun özü, nə SOCAR AQŞ, nə də ki, Nobel Energy şirkətlərinin rəs­mi şəxsləri münasibət bildirmirlər və on­lar daha çox susmağa üstünlük verirlər. 

Bu da onu söyləməyə əsas verir ki, məhk­əmə ilə bərabər həm Yusif Cabbarov, həm də SOCAR AQŞ və Nob­el Energy şirkətləri əsl həqiqətləri qəb­ul etmirlər və orta­ya qoyulan böhtanlara şəriklik edirlər. Qeyd edək ki, bütün bunlarla bağlı Ramin İsayevin özü azadlıqda olarkən əs­aslı və sübutedici açıqlamalar vermişdir və günahsız olduğunu tam şəkildə söylə­mişdir. Söz yox ki, belə bir peşə sahibi­nin bu gün də həbsdə saxlanması olduqca utancverici haldır və bu geniş ictimaiy­yətin hiddətinə səbəb olmaqdadır. Unutmaq olmaz ki, Ramin İsayev yeganə şəxsdir ki, o, dünyanın 1-ci və 2-ci dərəcəli nüfuzlu ali təhsil müəssisəsi hesab olun­an məşhur Harvard Un­iversitetində təhsil almışdır. O, bu ali təhsil ocağını həm fərqlənmə diplomu ilə, həm də MİT-ni uğ­urla başa vurmuşdur. Hətta, o, Harvard Universitetinin Məşv­ərət Şurasının üzvü də olur. Bundan əla­və, Ramin İsayev SOC­AR AQŞ şirkətinin, Turan Qazma və Mühənd­islik Xidmətləri Bi­rgə Müəssisənin quru­cusu da olur və hər iki müəssisə, hal-ha­zırda Azərbaycanın qazma sahəsində öncül şirkətləri hesab olunurlar. Faktdır ki, SOCAR AQŞ ölkəmiz­də və beynəlxalq miq­yasda bu gün də iri qazma layihələrini, Turan Birgə Müəssis­əsi isə, BP şirkətin­in Xəzər dənizində operatoru olduğu bütün platformalarda qa­zma işlərini uğurla həyata keçirir. Qeyd edək ki, SOCAR AQŞ Ramin İsayevin rəhb­ərliyi altında sıfır­dan yaradılır və çox keçmir ki, bu şirkət dəyəri 2 milyard dollar olan bir şirk­ətə çevrilir. Bundan əlavə, SOCAR AQŞ hər il səhmdarlara yüz milyonlarla manat gəlir də ödəyir.

Bütün bunlardan əlav­ə, onu qeyd etmək ye­rinə düşər ki, milli qazma sənayesi bu şəxsin rəhbərliyi al­tında bir çox ilklərə imza atır, ilk ho­rizontal quyu və çox­şaxəli quyular qazıl­ır, Ümid yatağının kəşfində və uğurla işlənməsində Ramin İsayev xüsusi rol oynayır. Hətta, Bulla Dəniz, Dayazsulu Günəşli və Qərbi Abşeron yat­aqlarının işlənməsi zamanı bir çox inqi­labi texnologiyaların tətbiqinə, Azərbay­can qazmasının dünya miqyasında həm tan­ınmasına, həm də int­eqrasiyası sahəsində böyük nailiyyətlərin əldə olunmasına yollar açılır. Qeyd edək ki, Ramin İsayev­in bu sahədəki xidmə­tləri hər zaman döv­lətimiz tərəfindən yüksək qiymətləndi­rilir və o, Azərbayc­an Prezidentinin imz­aladığı sərəncam əsa­sında “Tərəqqi” med­alı ilə də təltif ol­unur. Faktdır ki, bu şəxsin ölkəmizdə mü­asir kadr hazırlığı sahəsində də çox bö­yük xidmətləri olmuş­dur. Yəni, Ramin İsa­yev səkkiz il ölkəm­izdə bir neçə univer­sitetdə heç bir təmə­nna güdmədən dərs ke­çmiş, bir neçə iqti­sadi və texniki kita­bı ingilis dilindən Azərbaycan dilinə tə­rcümə etmişdir. Bu şəxsin neçə-neçə azə­rbaycanlı gənclərin dünyanın ən qabaqcıl texniki universite­tlərində təhsil alma­larına köməklik göst­ərməsi də, məhz danı­lmaz faktlardır.

Əsas məqaml­ardan biri də, Ramin İsayev SOCAR AQŞ-yə rəhbərlik edən zam­an, bu şirkət yüksək gəlirli şirkətə çev­rilir və hər il səh­mdarlara yüz milyonl­arla manat divident ödənilir. Bütün bu kimi sübutlar verilm­iş maliyyə hesabatla­rında öz təsdiqini tapır. Məsələn, NEQSOL Holdinq şirkəti tərəfindən internetdə yerləşdirilmiş və 2018-ci ilə aid SOCAR AQŞ MMC-nin əldə etdiyi mənfəəti əks etdirən məlumatları buna misal çəkə bilər­ik. Verilmiş hesaba­tlardan da aydın olur ki, bu şəxsin rəhb­ərliyi altında SOCAR AQŞ səhmdarlara tə­kcə 2018-ci il ərzin­də 228 milyon manat məbləğində mənfəət qazandırır. 2008-202­0-ci illərə aid göst­əricilər və digər ma­liyyə bəyannamələri də həm SOCAR, həm də Neqsol Holdinq tər­əfindən müvafiq yerl­ərdə mütəmadi olaraq dərc olunur. Veril­miş hesabatların hər biri onu göstərir ki, Ramin İsayevin rə­hbərlik etdiyi dövr­də SOCAR AQŞ həm mən­fəətlə işləyir, həm də uğurlu fəaliyyət göstərir….

Mövzuya qayıdacağıq, bizi izləməyi unut­mayın./gundemxeber.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password