Baydenin şok planı üzə çıxdı: Diqqət yayındırmaq üçün…
ABŞ Prezidenti Co Bayden seçicilərin diqqətini Ukraynadakı uğursuzluqlardan və Amerikanın daxili problemlərindən yayındırmaq üçün öz siyasi maraqları naminə Yəmənə hücum etmək qərarına gəlib.
Bunu rusiyalı spiker Vyaçeslav Volodin deyib.
“Bayden administrasiyası ABŞ Konqresini Yəmənə hücumla bağlı xəbərdar etməyib. Bu, hazırkı prezidentin siyasi maraqlarına zərbə vurduğunu təsdiqləyir. Hətta Baydenin tərəfdarları onun konstitusiyanı pozduğunu iddia edirlər. ABŞ prezident seçkiləri ərəfəsində Baydenin reytinqi son dərəcə aşağıdır. Amerikalıların yalnız 38,9%-i onun fəaliyyətini bəyənir. Əgər səsvermə bu gün keçirilsəydi, Bayden uduzardı, Ona görə də, Vaşinqton beynəlxalq hüquq normalarının üstündən xətt çəkərək və BMT Nizamnaməsinə tüpürərək suveren dövlətə hücum edib. Əgər ABŞ qanunun aliliyi olan bir dövlətdirsə, Bayden son gücü ilə hakimiyyətə yapışaraq dünya müharibəsinə başlamazdan əvvəl mühakimə olunmalıdır”, – spiker bildirib.