8 kəndlə bağlı şərtlər açıqlandı: Gürcüstan variantı masada…

 

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində vacib mesajlar verdi. Bu olduqca geniş, əhatəli müsahibə idi. Ölkə başçısı əslində ötən ilin yekunlarına dair xalqa hesabat vermiş oldu. Müəyyən nüanslarla bağlı dövlət başçısı vacib açıqlamaları geniş ictimaiyyətə təqdim etdi və gələcək perspektivləri müəyyən etdi.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

“Xalq bildi ki, hansı nailiyyətlər əldə edilib. Təbii ki, bu nailiyyətlərin üzərində dayanmaq olmaz. İrəliyə baxmaq, getmək lazımdır. Bunun üçün də yeni hədəflər müəyyən edilməlidir. Məhz azərbaycançılıq ideyasının tərkib hissəsi kimi ərazi bütövlüyümüz təmin olunub. Eyni zamanda bütün ölkə ərazisində suverenliymiz bərpa edilib”, – deyə o qeyd edib.

Komitə sədri bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi də ölkə başçısının müsahibəsində toxunduğu vacib məqamlardan biri oldu: “Dövlət başçısı Ermənistanın sülh müqaviləsinin imzalanmasında hansısa qarant olacaq bir ölkənin olmasıni istədiyini açıqladı. Bu, əslində müəyyən bəhanələrə, sülh müqaviləsinin uzanmasına olan yanaşmadır. Görünən odur ki, Ermənistan tərəfi hələki buna hazır deyil. Digər tərəfdən Ermənistana havadarlıq edənlər də tezlikdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəmirlər. Bunun üçün də Ermənistan tərəfindən delimitasiya məsələsinin sülh müqaviləsinə salınması təklif edilir. Bu, sözsüz ki, prosesin qeyri-müəyyən vaxta təxirə düşməsinə hesablanıb. Azərbaycan Prezidenti bu məsələ ətrafında izah verərkən qonşu Gürcüstanla olan yaxşı münasibətləri misal çəkdi. Amma bu gün Azərbaycanla Gürcüstan sərhədlərinin cəmi 70 faizi delimitasiya edilib. Ona görə də, delimitasiya məsələsi sülh müqaviləsi ilə əlaqələndirilsə gərək daha 30-50 il bu istiqamətdə müzakirələr davam etsin”.

 

Ziyafət Əsgərova görə, Azərbaycanın şərtləri odur ki, sülh müqaviləsində əsas prinsiplər müəyyən edilməlidir: “Bundan sonra isə delimitasiya və demarkasiya məsələlərini həll etmək olar. Qazax və Naxçıvanın hələ də Ermənistanın işğalında olan kəndlərinin azad edilməsi ilə bağlı şərtlər isə birmənalıdır. Erməni tərəfi də bunu dərk etməlidir. Bu torpaqlar qaytarılmalıdır və sözsüz ki, qaytarılacaq. Burada hər hansı problem ola bilməz. Əgər Ermənistan Azərbaycanla münasibətləri səhmana salıb, sülh müqaviləsi imzalamaq istəyirsə, həmin kəndləri təhvil verməlidir. Burada anklav olmayan 4 kəndin azad edilməsi ilə bağlı dərhal addım atılmalıdır. Daha sonra isə anklav olan kəndlərlə bağlı müzakirə aparıla bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password