Gedişatı dəyişəcək super silah verilmədi – “Putin qaçılmaz qələbəsini hiss edir”

 

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə qaçılmaz qələbəsini hiss edir.

Bunu ABŞ-nin “Vaşinqton Post” qəzetinin analitiki Li Hoksteder deyib.

Analitik Rusiyanın məğlubiyyəti ilə bağlı Qərbin müsbət mesajlarını ciddiyə almamağı tövsiyə edib.

Hokstederin fikrincə, Putin Qərbin səbrinin tükəndiyinə əmin olduğu üçün müharibəni qeyri-məyyən müddətdə davam etdirmək məqsədilə Rusiya iqtisadiyyatını yenidən qurub.

Onun sözlərinə görə, bu il Rusiya büdcəsinin üçdə biri müdafiəyə xərclənəcək, bu da ABŞ ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Kremlin bu il hərbi xərcləri Rusiya ÜDM-nün 6 faizini təşkil edəcək, bu da əksər NATO ölkələrinin planlaşdırılan payından iki dəfə çoxdur.

“Qərb tərəddüd etdi, Ukraynanın hücumu dayandı. Bu, döyüş meydanındakı vəziyyəti dəyişərək, Ukrayna qoşunlarını müdafiəyə keçməyə məcbur etdi. Qərbin tərəddüdünün bariz nümunəsi Krım körpüsünü vurmağa qadir silahların verilməsindən imtina idi”, – Hoksteder vurğulayıb.

Amerikalı analitik xatırladıb ki, Almaniya Kansleri Olaf Şolz hələ də Kiyevi “Taurus” raketləri ilə təchiz etməkdən çəkinir. Eyni zamanda, onun fikrincə, müharibənin axarını döndərə biləcək super silah yoxdur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password