Rusiyanın planını açıqladı – “Hədəf SSRİ-ni bərpa etməkdir”

 

Rusiyanın Ukraynaya qarşı müharibəsində məqsəd SSRİ-ni bərpa etməkdir.

Bunu İtaliya müdafiə naziri Qvido Krozetto deyib.

“Təəssüf ki, Ukraynanın yay əks-hücumları istənilən nəticəni vermədi. Rusiyanın hücumuna qarşı Ukrayna ordusunun səylərini dəstəkləməyə davam etmək vacibdir. Qışda Rusiyanın reaksiyasının çox sərt olacağı gözlənilir”, – nazir bildirib.

Krozetto Rusiyanın məqsədinin SSRİ-ni bərpa etmək olduğunu, bu baxımdan Ukrayna ilə yanaşı, digər keçmiş sovet ölkələrinin də hədəfdə olduğunu iddia edir:

“Ukrayna birinci qapıdır, amma yeganə qapı deyil. Əgər o qapının heç bir reaksiya vermədən sındırılacağı fikri hakim olsaydı, başqa qapılar da olardı. Məqsəd rusdilli əhalini qorumaq deyil, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) adlı xalqların birliyini bərpa etməkdir”.

İtaliya müdafiə naziri buna görə də Rusiyanın Ukraynaya qarşı hücumları bitənə qədər Kiyevə dəstəyin davam etməli olduğunu vurğulayıb.

“Qarşıdakı yol hələ uzundur, amma geriyə addım siyasi-strateji səhv olardı. İtaliyanın Ukraynaya hərbi yardım göstərməsinə görə qürur duyuram. Bu, on minlərlə insanı xilas etməyin yolu idi. Ümid edirəm ki, bu yardım davam edəcək”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password