Sülhə mane olan iki səbəb: Azərbaycan heç birini qəbul etmir – Detallar açıqlandı

 

Sülhlə bağlı Azərbaycan və Ermənistan bir-birinə qarşılıqlı olaraq təkliflər göndərir. Burada təkliflərin mahiyyəti tam aydın olmasa da proses davam edir. Müşahidələr onu göstərir ki, sülh müqaviləsinin imzalanması ilə bağlı iki məsələ ətrafında gərgin müzakirə gedir. Bu iki səbəb sülh müqaviləsinin bağlanmasına maneə yaradır.

Bunu politoloq Fərhad Mehdiyev deyib.

“İlkin olaraq bu, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsidir. Sərhəd xəttinin haradan keçməsi ilə bağlı ziddiyyətli fikirlər var. Görünən odur ki, erməni tərəfi hazırkı sərhəd xəttini qəbul etmək istəmir. Onlar hər hansı bir xəritə əsasında sərhədlərin müəyyən edilməsini təklif edir. Digər məsələ Qarabağdan getmiş ermənilərlə bağlıdır. Onlarla bağlı hər hansı bir razılaşma yoxdur. Məhz bu iki sadalanan məsələyə görə sülh müqaviləsinin imzalanmasının ləngidiyi ehtimalı böyükdür”, – deyə o qeyd edib.

Politoloq bildirib ki, ABŞ dövlət katibinin Türkiyəyə səfəri zamanı da sülh məsələsi gündəmdə oldu:

“Bu, əslində təbii haldır. Çünki Türkiyə bu prosesin içərisindədir. Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq mərkəzi var. Amerika Türkiyənin bu bölgədə rolu ilə yanaşı Azərbaycanın gücünü artıran bir dövlət olduğunun da fərqindədir. Bu səbəbə görə, Vaşinqtonun müəyyən məsələlərdə Ankara ilə razılığa gəlmək istəyi normal haldır. Sözsüz ki, ABŞ-nin Türkiyə ilə bu məsələdə nə dərəcədə razılığa gəlməsi sonrakı prosesdir. Amma hər bir halda burada Türkiyənin gücünün tanınması anlamı ifadə edilir”.

Fərhad Mehdiyev sülhlə bağlı gözləntilər fonunda separatçıların gündəmə gəlməsi məsələsinə də toxunub:

“Bu günlərdə separatçı Samvel Şahramanyanın guya hansısa “qərarı” ləğv edəcəyi ilə bağlı verdiyi açıqlama məntiqsizdir. Əslində onun verdiyi heç bir “qərar”ın hüququ əsası yoxdur. Qarabağa Azərbaycan tam nəzarət edir. Çünki konstitusiya hüququna görə, ərazisi olmayan bir varlıq dövlət olduğunu iddia edə bilməz”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password