“Müstəqil Fələstin dövləti yaradılmalıdır” – Blinken razılıq əldə olunan məsələləri açıqlayıb
Türkiyə, Yunanıstan, İordaniya, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanında regionun gələcəyi haqqında danışdıq və düşünürəm ki, bir neçə əsas məqsəd üzrə geniş razılıq əldə olunub”.
Bunu ABŞ Dövlət katibi Entoni Blinken regiona səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Blinken razılıq əldə olunan məsələləri belə sıralayıb:
“Birincisi, İsrail və israillilər heç bir qonşunun terror hücumlarından və ya təcavüzündən qorxmadan sülh və təhlükəsizlik şəraitində yaşaya bilməlidirlər;
İkincisi, İordan çayının qərb sahili qorunmalı və Qəzza Fələstin rəhbərliyi altında birləşdirilməlidir;
Üçüncüsü, bölgənin gələcəyi parçalanma və ya münaqişə ilə deyil, inteqrasiya ilə bağlı olmalıdır;
Dördüncüsü, bunun baş verməsi üçün müstəqil Fələstin dövlətinin yaradılmasını görməliyik”.
Dövlət katibi vurğulayıb ki, bu razılaşmaları İsrail rəsmiləri ilə müzakirə edəcək: “Həmçinin Qəzzada hərbi kampaniyalarının gələcək istiqamətləri barədə onlarla danışmaq imkanım olacaq. Mən mülki insanları qorumaq və humanitar yardımın ehtiyacı olanlara çatdırılmasını təmin etmək üçün daha çox iş görməyin mütləq şəkildə təkid edəcəyəm. Bölgənin və İsrailin gələcəyini necə gördüyümüzdən danışacağıq. Əminəm ki, gələcəyə doğru həqiqətən İsrailə davamlı sülh və təhlükəsizlik gətirə biləcək və 7 oktyabrın heç vaxt təkrarlanmamasını təmin edəcək. Regionu birləşdirə və Fələstin xalqının istəklərinə cavab verə biləcək bir yol var. Bu, bölgənin keçmişin çağırışlarından çox gələcəyə yönəlmiş bir hala gəlməsindən keçir”./azpolitika.info