Bakıda su taksiləri uğur qazana bilər – Ekspert

 

Bakının Baş planına əsasən, Xəzər dənizi üzərindən gəmi nəqliyyatının olması nəzərdə tutulmayıb. Lakin bu, şəhərimiz üçün reallaşdırıla bilən ideyadır. Bunun üçün maliyyə resursu, işçi qüvvəsi və texniki baza lazımdır.

Bu sözləri açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, Bakının Baş planına görə, dənizə yaxın ərazilərin, əsasən də adaların inkişafı turizm baxımından önəmlidir:

“Dəniz nəqliyyatı dedikdə, gəmi və su taksilərini misal çəkə bilərik. Dəniz nəqliyyatı olsa, şəhərdəki tıxacların qarşısı xeyli alınardı, insanlar getdikləri ünvanlarına daha rahat və tez çatardı”.

Mütəxəssis vurğulayıb ki, layihə Baş plandan aslı olmayaraq da həyata keçirilə bilər:

“Baş planda əsasən dövlət hesabına görülən layihələr öz əksini tapır. Amma bunu böyük korporativ şirkətlər, xarici investorlar həyata keçirsə, böyük uğur əldə edilər. Dövlətimiz də bunu dəstəkləyər və maraqla qarşılayar. Şəhərimizdə 3-4 iri liman var. Ən böyüyü Bakı dəniz limanıdır. Həmçinin Zirə, Hövsanda liman kimi yanalma nöqtələri var. Həmin bu ərazilərdən gəmi nəqliyyatı üçün istifadə etmək olar. Bu, həm ölkənin turizm potensialına, həm də Bakıdakı tıxacların aradan qaldırılmasına müsbət təsir edə bilər”.

O bildirib ki, Bakıdan rayonlara da gəmi səyahəti mümkündür:

“Təkcə Bakı-Lənkəran-Astara deyil, Xəzər boyu Neftçala, Salyan və digər rayonlar var ki, həmin ərazilərə gəmi ilə getmək maraqlı olardı. Sadəcə həmin ərazilərdə dəniz vağzalı, limanlar salınmalıdır. Sərnişin və yük daşınması üçün normal gəmilər gəlməlidir. Bu, həm də büdcə gəlirlərinə müsbət təsir edər. Gələcəkdə Xəzəryanı dövlətlərin də bura marağını artıra, insanların gediş-gəlişini gəmi yolu ilə təmin edə bilərik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password