Azad edilmiş ərazilərdə prezident seçkilərində təşviqat üçün görüş yerləri ayrılıb
Azad edilmiş ərazilərdə ilk dəfə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat üçün daimi görüş yerləri ayrılıb.
Laçın, Şuşa, Zəngilan və Qubadlı rayonları üzrə namizədlər üçün ayrılmış seçkiqabağı təşviqat üçün daimi görüş yerləri aşağıdakı kimidir:00
Laçın | 121 saylı Laçın | Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində, Şamkənd musiqi məktəbinin qarşısı | Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki klub |
Şuşa | 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd | Bakı şəhəri, Sabunçu rayonu, Ramana-450 qəsəbəsi, Malıbəyli kənd tam orta məktəbin idman meydançası | Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalı |
Zəngilan | 125 saylı Zəngilan Qubadlı | Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərciyin mərkəzi meydanı | Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərciyin Mədəniyyət evi |
Qubadlı | 125 saylı Zəngilan Qubadlı | Sumqayıt şəhəri, 42-ci məhəllə, 10 saylı Peşə liseyinin qarşısındakı meydan | Sumqayıt şəhəri”28 May” Mədəniyyət evi |
Qeyd edək ki, seçkiqabağı təşviqat tədbirləri çərçivəsində seçicilərlə görüşlər üçün şəhər və rayonlarda 125 seçki dairəsi üzrə 139 açıq, 139 qapalı yer müəyyən edilib.