Azərbaycanda sahibkarların satınalmalar portalından istifadə etməsi üçün rüsumlar müəyyənləşib

 

Nazirlər Kabineti “Dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, onların ödənilməsi, geri qaytarılması və ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Eyni zamanda Nazirlər Kabinetinin 20 dekabr 2021-ci il tarixli “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərarı ləğv olunub.

Bu il yanvarın 1-dən qüvvəyə minmiş qərara əsasən, təchizatçı tərəfindən seçilmiş hər hansı bir satınalma üzrə portaldan birdəfəlik istifadə haqqı 25 manat, 30 günlük istifadə haqqı 120 manat, 90 günlük istifadə haqqı 300 manat, 180 günlük istifadə haqqı 550 manat, 365 günlük istifadə haqqı 950 manat olacaq.

Bundan başqa, təchizatçılar dəyəri 5 min manata qədər olan təkliflərini təqdim etmək üçün 10 manat, 5-100 min manat aralığındakı təkliflərini təqdim etmək üçün məbləğin 0,2 %-i qədər, 100-200 min manat aralığındakı təkliflərini təqdim etmək üçün 250 manat, 200-500 min manat aralığındakı təkliflərini təqdim etmək üçün 350 manat, 500 min manat – 1 milyon manat aralığındakı təklifləri təqdim etmək üçün 450 manat, 1-2 milyon manat aralığındakı təkliflərini təqdim etmək üçün 600 manat, 2-5 milyon manat aralığındakı təklifləri təqdim etmək üçün 1 000 manat, 5-10 milyon aralığındakı təkliflərini təqdim etmək üçün 1 500 manat, dəyəri 10 milyon manatdan çox olan təkliflərini təqdim etmək üçün məbləğin 0,015 %-i qədər (10 min manatdan çox olmamaq şərti ilə) qədər ödəniş etməli olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password