AYNA 7,6 milyonluq tenderi riskli vergi ödəyicisi olan şirkətə necə verib?

 

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi Agentliyin fəaliyyət istiqamətləri üzrə digər informasiya sistemlərinin yaradılmasına dair işlərin satın alınması üzrə 02.10.2023-cü il tarixdə başladığı dəyəri  3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan aşıq Tender müsabiqəsinə yekun vurub və “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyəti ilə 7.600.380 manat məbləğində satınalma müqaviləsi bağladığını 08.01.2024-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlamışdır.

Tenderin şərtlərinə görə QSC müqavilənin bağlandığı tarixdən 40 təqvim günü ərzində AYNA-nın nəzarət funksiyalarını həyata keçirən əməkdaşları üçün “İnzibati xətalar” informasiya altsisteminin yaradılması, “Elektron rəy” informasiya sisteminin yaradılması, “Müntəzəm avtobus marşrutlarının monitorinqi (AVM)” sistemi”nin yaradılması,“Reysqabağı texniki yoxlama və tibbi müayinə” informasiya sisteminin yaradılması, “E-taksi” altsisteminin yaradılması xidmətlər göstərəcək.

Amma maraqlı hal orasındadı ki,başqalarına 40 günə informasiya sistemləri yaradan QSC özünə 8 ildə bir veb səhifə, bir portal belə yaradıb üzə çıxarmayaıb. Açıq mənbələrdə 8 milyon manat civarında dövlət sifarişi alan adı çəkilən Qapalı Səhmdar Cəmiyyəti barədə heç bir məlumat yoxdu. Maraqlıdır özünün sadə bir veb-səhifəsi belə olmayan QSC AYNA-nın informasiya sistemlərinin yaradılması işlərini necə həyata keçirəcək.

Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinin 10.02.2016-cı il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000.00 manat olan MMC-nin hüquqi ünvanı , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MƏRDANOV QARDAŞLARI, ev 117C, RİTZ PLAZA, m. 6-cı MƏRTƏBƏ, qanuni təmsilçisinin isə Hacıyev Oqtay Rafiq oğlu olduğu göstərilir.

“AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinin  təsisçisi Həbibov Ədalət Nurəddin oğludur. Açıq internet mənbələrində onun da barəsində heç bir məlumat yoxdu. QSC-yə 31.10.22 – 12.06-23 -cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti – dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edən “ADY Ekspress” MMC-nin direktoru olmuş Vüqar Mirqasımov Kamil oğlu da rəhbərlik edib.

QSC haqqında məlumat bu qədər. Bir də Dövlət Verği Xidmətinin məlumatlarında göstərilir ki, “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinə vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Verği Xidmətinin məlumatlarında həmçinin göstərilir ki, “AZ SOFTVARE SYSTEM ” QSC riskli vergi ödəyicisidir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmiləri 8 milyon manat civarında satınalma müqaviləsi bağlayında “AZ SOFTVARE SYSTEM ” QSC riskli vergi ödəyicisi olduğunu görməyiblərmi?

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir. O, buna qədər ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini işləyib.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password