Şoltsa təzyiqlər başladı: Bu raketləri Ukraynaya ver!
“Taurus” qanadlı raketlərinin Kiyevə tədarükü ilə bağlı Almaniya kansleri Olaf Şoltsa hakim koalisiyanın tərkibində yer alan Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası, Azad Demokratik Partiyası və liberallar tərəfindən təzyiqlər güclənir.
Bu barədə “Rheinische Post” məlumat yayıb.
Məlumata görə, Yaşıllar, Azad Demokratik Partiyası və müxalif Xristian Demokrat İttifaqının bir neçə nümayəndəsi raketlərin Ukraynaya tədarükünün zərurətindən danışıb və Şoltsu həddən artıq təmkinli olmaqda ittiham edib.
“Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü çoxdan yetişib. Passivlik kanslerindir və hökumətin ümumi mövqeyi hesab edilmir”, – Bundestaqdakı “İttifaq-90/ Yaşıllar” fraksiyasından olan deputat Sara Nanni deyib.
Xristian Demokrat İttifaqının xarici siyasət məsələləri üzrə eksperti Roderix Kizeveter isə bildirib ki, Kiyevə kifayət qədər hərbi yardımın göstərilməməsi faktiki olaraq Rusiyaya dəstək deməkdir:
“Rusiya Qərbin zəifliyi səbəbindən özünü güclü hiss edir”./axar.az