Kremlin ən çox qorxduğu ssenari – Putin və ətrafındakılar inanırlar ki…

 

Rusiyada martda keçiriləcək prezident seçkiləri əsl rəqabət mənasında rəqabətli seçki olmayacaq. Hər bir rusiyalı seçici hazırkı Prezident Vladimir Putinin qalib gələcəyini əvvəlcədən bilir.

Bu barədə “Financial Times”ın məqaləsində deyilir.

Britaniya nəşri xatırladır ki, daha altı illik prezidentlik müddəti (2030-cu ilə qədər) Putinin Rusiyanı 30 il idarə edəcəyi anlamına gələcək. Yəni 1924-1953-cü illərdə hakimiyyətdə olmuş keçmiş SSRİ lideri İosif Stalindən daha çox.

“Seçkinin məqsədi sadəcə oktyabrda 71 yaşı tamam olan Putinin vəziyyətə tam nəzarət etdiyini göstərmək, hətta Ukraynanı işğal etmək cəhdlərinə görə müharibəsini legitimləşdirmək deyil. Hökumət aparatı rusları nəticəsi bəlli olan səsvermədə iştiraka məcbur etməklə, Putinin avtokratiyasının səssiz razılığa, daha doğrusu, xalqın fəal dəstəyinə əsaslandığını göstərmək məqsədi daşıyır. Sovet dövründə olduğu kimi, bu dəstək çox vaxt liderə yaltaqlıq şəklində olur”, – nəşr yazır.

Müəlliflər qeyd edirlər ki, Putinin dövründə Rusiya siyasi mədəniyyətinin üçüncü xüsusiyyəti rəsmi dairələrdə söyüş və təhqirlərdən cəsarətlə istifadə olunmasıdır:

“Senzura və puritanizm Çar Rusiyasında və sovet dönəmində əsas qayda idi. Putin 1999-cu ildə – prezident vəzifəsinə başlamazdan bir müddət əvvəl çeçen qiyamçıları məhv edəcəyinə söz verərkən yeni bir ton müəyyən etdi: “Əgər onları ayaqyolunda tutsaq, ayaqyolunda isladacağıq”.

Bundan əlavə, müəlliflər iddia edirlər ki, Putin Rusiyası sui-qəsd nəzəriyyələri ilə doludur, bəziləri artıq kütləvi mədəniyyətə daxil olub, digərləri də Kreml tərəfindən təbliğ olunur:

“Ən qəribələrindən birini keçən il Rusiya Təhlükəsizlik Şurasının sərt katibi Nikolay Patruşev səsləndirmişdi. O, iddia edirdi ki, amerikalılar Vayominqdəki Yellouston Kaldera supervulkanının püskürməsindən qorxaraq, Şərqi Avropa və Sibirə köçməyə çalışdıqları üçün Ukraynada Rusiyanı məğlub etmək arzusundadırlar”.

Müəlliflərin fikrincə, bütün bu cür ideyalar üçün ümumi olan fikir Qərbin Rusiyanı bir ölkə kimi məhv etməyə çalışmasıdır:

“Bu, əlbəttə, Qərbin rəsmi siyasəti deyil. Amma ABŞ, Mərkəzi və Şərqi Avropada bəzi mühafizəkar siyasətçilər Rusiyanın dağılacağını, 1917-ci ildə çar imperiyasının və 1991-ci ildə Sovet İttifaqının dağılması ilə başlayan prosesin üçüncü aktı olacağını proqnozlaşdırırlar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password