Erməni revanşizmi davam edir: Bakı İrəvandan nələri tələb edə bilər?

 

Erməni katolikosu II Qaregin İrəvanın əsas kilsəsində keçirilən mərasimində bəyan edib ki, “(qondarma) “artsax” bizim üçün heç vaxt keçmişə çevrilməyəcək”.

Paşinyan hakimiyyəti bu mövqeyi paylaşmır. Qareginin Yeni il günü müraciətinin İctimai Tv-də yayımlanmasına icazə verilməməsi də təkcə kilsə-hakimiyyət qarşıdurmasından yox, həm də katolikosun qondarma “artsax”dan bəhs etməsindən qaynaqlanırdı. Baş verənlər Ermənistanda kilsə-iqtidar davası kimi görünsə də, Azərbaycan üçün bir nəticəni də ortaya çıxarır: ermənilər Qarabağ iddiasından asanlıqla əl çəkməyəcək, çünki erməni terroru və separatizminin mənbəyi həmişə kilsə olub və onların siyasətə də, diaspora da kifayət qədər təsiri var;

Və bu, Azərbaycanı iki istiqamətdə hərəkət etməyə vadar edir:

1. Ermənistanla sülh sazişini revanşizm meyllərinin olmayacağı zəmanəti ilə imzalamaq və bu ölkənin üzərinə maksimum öhdəlik qoymaq;
2. Sülh sazişi imzalansa belə daim “tətikdə” dayanmaq, Ermənistanın ərazi iddialarını yenidən dilə gətirmək imkanı olmayacaq qədər zəiflətmək;

Əks təqdirdə, məhz sülh naminə sülh bağlamaq ermənilərə zaman qazandıra bilər.

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password