Dünyanın ən bahalı futbolçularından ibarət simvolik komanda tərtib edilib

 

“Transfermarkt” portalı dünyanın ən bahalı futbolçularından ibarət simvolik komandanı tərtib edib.

11 futbolçudan ibarət komandanın ümumi bazar dəyəri 1,22 milyard avro olub.

Komandanın tərkibi aşağıdakı kimidir:

Hücumçular: Cude Bellinqem (İngiltərə, Real Madrid), Kilian Mbappe (Fransa, PSJ), Erlinq Haaland (Norveç, Mançester Siti).

Yarımmüdafiəçilər: Rodriqo Hernandes (İspaniya, Mançester Siti), Camal Musiala (Almaniya, Bayern Münhen), Deklan Rays (İngiltərə, Arsenal).

Müdafiəçilər: Trent Aleksander-Arnold (İngiltərə, Liverpul), Vilyam Saliba (Fransa, Arsenal), Ruben Diaş (Portuqaliya, Mançester Siti), Yoşko Qvardiol (Xorvatiya, Mançester Siti).

Qapıçı: Mayk Menyan (Fransa, Milan)

Hazırda ən bahalı futbolçular Bellinqhem, Mbappe və Haalanddır. “Transfermarkt”a görə hər üç futbolçu 180 milyon avro dəyərində qiymətləndirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password