200 illik nizam dağılır – “Rusiya məhz bu səbəbdən bölgədə sülh istəmir”


Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Rusiyanın Cənubi Qafqaza təsir rıçaqlarını tamamilə sıradan çıxaracaq.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması Cənubi Qafqazda geosiyasi durumu kökündən dəyişəcək. Rusiyanın 200 ildir bölgədə saxladığı nizam İkinci Qarabağ Müharibəsi ilə pozulmuşdu. Sülh müqaviləsi ilə isə Moskvanın regionda təsiri tamamilə bitəcək. Rusiya məhz bu səbəbdən bölgədə sülh istəmir”, – ekspert bildirib.

Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiyanın regiondakı yeni konfiqurasiya ilə barışacağını söyləmək də çətindir:

“Rusiya Ermənistanın rahat şəkildə Qərbə inteqrasiyasına və İrəvandan bu ölkədə hərbi bazalarının bağlanması çağırışlarına seyirçi qalması da sual doğurur. Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqazda həlledici rola malik olmasaydı, Rusiya sülh müqaviləsi yönündəki səylərə mane olardı.

Sülh müqaviləsinin bağlanması və irəliləyiş əldə edilməsində Türkiyə faktoru önəmli rol oynayır”.

Ekspert əlavə edib ki, Ukrayna ilə bağlı məqsədlərinə çata bilməməsi Rusiyanın post-sovet məkanında onsuz da ağır olan durumunu bir qədər də tündləşdirəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password