Yeni İli xarici ölkələrdə qarşılamaq neçəyə başa gəlir?

 

Yeni il bayramı ilə əlaqədar olaraq bölgələrə gedən turistlərlə yanaşı, xaricə gedən həmyerlilərimizin də sayı kifayət qədərdir.

Bəs vətəndaşlarımız Yeni ili hansı ölkədə keçirməyə daha çox üstünlük verirlər?

Məsələ ilə bağlı turizm məsələləri üzrə ekspert Əziz Şiriyev bildirib ki, bayramla bağlı ən çox Dubay və Misir istiqamətinə üstünlük verilir.

“Bu istiqamətlərə marağın artmasının əsas səbəbi bloqerlərin və turizm şirkətlərinin həmin yerlərə infoturlarının daha çox təşkil edilməsidir. Lakin çox imkanlı şəxslər isə Tailand, Vyetnam, Şri-Lanka, Bali, Malayziya, Sinqapura üz tuturlar. Orta imkanlılar isə qrup turları və fərdi şəkildə Dubaya, Əbu-Dabiyə və Şarm Əl-Şeyxə gedirlər. Bu yaxında bəzi Avropa şəhərlərinə ucuz biletlər satılırdı. Qiymətlər münasib olduğundan bir çox adam Avropa şəhərlərinə səfər edə bildi. Ancaq insanlarımız oradakı bahalıqdan narazıdır. Əslində, orada bahalıq deyil. Sadəcə pulun dəyər məsələsi var”, – o vurğulayıb.

Ekspert qeyd edib ki, hazırda qrup şəklində Dubaya səfər 590 dollardır:

“Bayram günləri üçün isə 630 dollar olacaq. Bu qiymətə dördulduzlu hoteldə dörd gecə, beş gün olmaqla, təyyarə bileti, səkkiz kiloqram baqaj, şəhərin içində transfer və ekskursiyalar daxildir. Yeni ildə Misirə olan turların qiyməti isə dörd gecə, beş gün olmaqla 700-1000 dollar arasında dəyişir. Laplandiyaya gedənlər də var. Oraya olan turlar çox bahadır. Belə ki turların qiyməti 6 gecə, 7 gün üçün 2500-4000 avro arasında dəyişir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password