Peterburq görüşü zamanı şok gəlişmə: Ermənistana 700 km mənzilli raketlərin verilməsi…

 

“Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov  sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Zaur müəllim, Azərbaycanla Ermənistan arasında sülh müstəvisində hər iki tərəfdən müsbət açıqlamalar verilir. Prosesin yekun həllini necə dəyərləndirirsiniz?

– Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında uzun müzakirələr aparılmadı. Danışıqlar bir növ ayaqüstü baş tutdu. Müxtəlif məsələlərlə bağlı danışıqlar oldu. Amma ümumilikdə bu görüş Ermənistan baş nazirinin bir neçə dəfə Azərbaycan Prezidentinə tərəf gəlməsi halı ilə müşahidə edildi. Bu ondan xəbər verir ki, İrəvan çox rahatdır. Digər tərəfdən Ermənistan Azərbaycanla yeni mərhələnin başlanması üçün öz aləmində guya hansısa bir zəmin hazırlayır. Bu görüşlərin keçirildiyi vaxtda Ermənistanın Hindistandan 700 km-lik hədəfləri vuran raketlərin alınacağına dair xəbərlər yayıldı. Amma ümumilikdə Sankt-Peterburqdakı görüş onu göstərdi ki, bölgədəki proseslər ikitərəfli danışıqlar müstəvisində həllini tapa bilər.

– Moskva platformasındakı aktivlik nə ilə bağlıdır və gözləntilər nədən ibarətdir?

Əslində ayrı-ayrılıqda heç bir platforma mövcud deyil. Bunu tərəflər özləri platforma adlandırır. Brüsseldə, Vaşinqtonda, Moskvada müzakirə edilən məsələlər heç də bir-birindən fərqlənmir. Burada mətn eynidir. Məhz həmin mətn üzərində iş gedir. Eyni zamanda burada birbaşa təmaslar var. Üçüncü tərəf olmadan Azərbaycan və Ermənistan birbaşa sülh mətninin bu və ya digər hissəsi ilə bağlı fikir mübadiləsi aparır. Sadəcə olaraq burada bəzi məqamlarda dirijor rolunu hansısa bir tərəf oynamaq istəyir.

– Bölgədə baş verənlər kənar müdaxilə ilə üçün hansı şəraiti yaradır?

– Buna Ermənistanın həmin ölkələrlə münasibəti kontekstində baxmaq lazımdır. Çünki Azərbaycana heç kəs müdaxilə edə bilməz. Bakının öz yolu var. Amma Ermənistan Qərbə üz tutub. Nikol Paşinyan Qərbə üz tutsa da başa düşür ki, Avrasiya İttifaqı çərçivəsində Rusiya ilə münasibətlər fonunda Ermənistanın dövlət büdcəsi son üç ildə yaxşı dividentlər əldə edib.

 

– İrəvan Moskva münasibətlərindəki tendensiyanı necə dəyərləndirirsiniz?

– Rusiya əgər Ermənistanla münasibətləri kəssə bu ölkənin gəlcəyinin nədən ibarət olacağı bəlli deyil. Görünən odur ki, Ermənistanın gələcəyi Azərbaycan-Türkiyə və Rusiya ilə münasibətlərdən, əməkdaşlıqdan asılıdır.

– Sülh danışıqlarının hazırda hansı səviyyədə olduğunu söyləyə bilərik?

– İlin əvvəlindən bir çox ekspertlər qeyd edirdilər ki, bu il sülh müqaviləsi imzalanacaq Hətta noyabrda sülhün əldə olunacağı ilə bağlı bəzi mübahisələr aparılırdı. Sözsüz ki, sülh müqaviləsinin imzalanması kifayət qədər ciddi məsələdir. Burada tələsməyə ehtiyac yoxdur. Konkret olaraq burada hansı ifadələrin işlədilməsi vacibdir. Bu ifadələr gələcəkdə Azərbaycanla Ermənistan arasında yeni münaqişənin əsasının qoyulmaması üçün vacib prioritetdir.

– Delimitasiya və demarkasiya məsələsində hansı irəliləyiş var?

– Hazırkı müstəvidə bu elə də tez alınmayacaq. Bununla bağlı mövcud xəritələr kifayət qədər ciddi mübahisə doğurur. Ermənistanın istinad etdiyi xəritələri Azərbaycan sözsüz ki, qəbul etməyəcək. Dəhliz və kommunikasiya xəttləri ilə bağlı hələ də qərar verilməyib. Dəmir yolunun açılması ilə bağlı Sankt-Peterburqda Rusiya ilə Ermənistan arasında aparılan danışıqlarda nikbin bəyanat yoxdur. Belə olan halda Ermənistanın silahlanması və mövqeyini tez-tez dəyişməsi ona dəlalət edir ki, sülh sənədi üzərində iş getsə də bunun tezliklə imzalanacağı sual altındadır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password