Demarkasiya və delimitasiya sülhə daxil edilməyəcək – Şəfiyev
Azərbaycanın hədəfi Ermənistanla sülh sazişidir və ona çox yaxınıq.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, hələlik sülh sazişinin imzalanacağı dəqiq tarixi demək çətindir:
“Ən əsas odur ki, mənfi münasibət sıfıra endirilib. Demarkasiya, delimitasiya uzun prosesdir və bu, sənədə daxil edilməyəcək, çünki bu proses uzun çəkir. Rusiya ilə 25 il çəkib. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb”.