Azərbaycana İsfahan, Ermənistana Təbriz – İran nə etməyə çalışır?

 

Ermənistan konsulluğunun məhz Təbrizdə açılması istəyinin İrəvandan daha çox Tehranın olduğu istisna deyil.

Bunu politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İranın məlum qərarı siyasi xarakterlidir:

“Rəsmi İrəvan gələn il Təbrizdə baş konsulluq açacaq. İran xarici işlər naziri Hüseyn Abdullahiyan İrəvana səfəri zamanı buna razılıq verdiklərini elan etdi. Ermənistan konsulluğunun Təbrizdə – Azərbaycan şəhərində açılmasının konsulluq xidmətləri ilə əlaqəsinin olmadığı və birbaşa siyasi məqsədlərə hesablandığı bəllidir.

Birincisi, iki milyon əhalinin yaşadığı Təbrizdə “Barun Avak” adlanan yalnız bir erməni məhəlləsi var və burada da cəmi min nəfərə yaxın erməni yaşayır.

İkincisi, ermənilər kompakt şəkildə İsfahanda yaşayır, bura İranın ikinci ən böyük şəhəridir.

 

Məqsəd həqiqətən də konsulluq xidmətinin göstərilməsidirsə, Ermənistan bunu cəmi min nəfərin yaşadığı Təbrizdə yox, ermənilərin kompakt yaşadığı və İranın ən böyük ikinci şəhəri olan İsfahanda açmalıdır. Tehran İrəvana Təbrizi yox, İsfahanı tövsiyə etməlidir.

Vaxtilə Təbrizdə konsulluq açmağımıza müxtəlif bəhanələrlə mane olan İran bunun üçün Azərbaycana İsfahanı tövsiyə etmişdi.

Ermənistan konsulluğunun məhz Təbrizdə açılması istəyinin İrəvandan daha çox Tehranın olduğu istisna deyil”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password